Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şoyqu Bakıya Azerbaycanı müharibeye hazırlaşdırmaq üçün gedib” – ermeni iddiası

15 Ağustos 2016

2:28 pm


15/08/2016 [18:27]: xeber –
Modest Kolerov: “Əgər Rusiyanın və Qərbin münasibətlərinin pisləşməsi Qarabağ münaqişəsində də əks olunsa, Ermənistan bir dövlət kimi məhv ediləcək”.Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri həm Rusiya , həm də Ermənistan mətbuatında maraqla izlənilir.Təbii ki, bu məsələdə ən narahat mövqe sərgiləyən təcavüzkar qonşularımızdır.Hazırda Şoyqunun Bakı səfərinin erməni mətbuatının gündəmini həbs etdiyini söyləsək, yanılmış olmarıq.Rusiya müdafiə nazirinin rəsmi səfərinə qarşı ən sərt təpki Ermənistanın radikal-millətçi KİV-ləri tərəfindən gəlib.Məsələn lragir.am yazır ki, Şoyqu Bakıya Azərbaycanı müharibəyə hazırlaşdırmaq üçün gedib. “Aprel müharibəsindən sonra Moskva dalana dirənib, və bundan həm Ermənistan, həm də Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Moskva Ermənistan tərəfdən ərazi güzəştlərini və KTMT sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan planlarını diplomatik cəhətdən həyata keçirilə bilmir. Digər tərəfdən isə, Rusiya yeni müharibənin başlanmasına da yol vermək istəmir. Çünki  bu müharibənin sonunun necə bitəcəyi bəlli olmadığına görə Moskva Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini icra etmək məcburiyyətində qala bilər. Rusiyanın həm Ermənistanla, həm də Azərbaycanla müttəfiq rolu oynamağa macalı yoxdur. O, bu dalandan çıxmaq üçün Ankara ilə münasibətləri düzəltməyə çalışır. Ankara isə ondan daha bir mürəkkəb vəzifəni – Ankara-Moskva-Bakı oxunun formalaşdırılmasını tələb edir”, –  deyə Akop Badalyan yazır.Digər erməni yazar Naira Ayrumyan isə deyəsən daha isterik vəziyyətdədir. Bu isterika onun yazısındakı həyasızca səslənən fikirlərində də əks olunub: “23 ildir ki, hələ də Qarabağda kimin qalib olduğunu deyən yoxdur. Heç bir virtual qələbə və ya məğlubiyyət yoxdur. Konkret torpaq var və bu torpaq qənimət hüququ kimi Ermənistana verilməlidir. Bu qələbəni və torpaq hüququnu tanımayanlar Ermənistanın dostu ola bilməz”.Rusiyanın ermənipərəst regnum.ru saytının baş redaktoru Modest Kolerov isə Rusiyanın bölgədə balans mövqeyində durmaq prinsipinə sadiq qaldığını düşünür: “Putinin ərazi bütövlüyü ilə bərabər, xalqların öz müqəddəratını həll etmək hüququnun adını çəkməsi onu göstərir ki, artıq Azərbaycan Rusiya üçün birinci prioritet sayılmır”, –  deyə o bir erməni saytına verdiyi müsahibədə söyləyib.Modest Kolerov bunu ermənilər üçün çox vacib nəticə hesab edib.Kolerov münaqişədə kompromis variant olaraq Qarabağın müstəqilliyinin tanınması ehtimalının gündəmə gəldiyini iddia edib:“Əgər qarşılıqlı güzəşt olmasa nizamasalma bir müddət daha təxirə salınacaq. İndiki vəziyyət isə Ermənistana və Dağlıq Qarabağa çox sərf edir. Bu vəziyyət nə qədər çox davam etsə o zaman münaqişənin nizamlanmasında onların mövqeyi güclənəcək”.Bununla bərabər Modest Kolerovun Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda Ermənistanın vəziyyətinin necə olacağı barədə sualla ilə bağlı isə söylədikləri də maraqlıdır: “Əgər Rusiyanın və Qərbin münasibətlərinin pisləşməsi Qarabağ münaqişəsində də əks olunsa, Ermənistan bir dövlət kimi məhv ediləcək. Mən Ermənistanda bu məsələdə hansısa oyun oynamaq istəyən adamlara təəccüblənirəm. Əgər Qarabağ münaqişəsində Rusiyanı və Qərbin ortaq mövqeyi olmasa Ermənistan məhv olacaq, çünki Ermənistanın təhlükəsizliyini Rusiyanın və Qərbin ortaq mövqeyi xilas edir”, deyə Kolerov bildirib.****Rusiyanın Bakıya silah tədarükü ilə bağlı Ermənistan rəhbərliyi hələ ki, açıq şəkildə etiraz etməyə cürət etmir.Əslində Ermənistanın buna nə halı var, nə də ciddi imkanları.Eadaily.com saytının şərhçisi Vyaçeslav Mixaylovun “Rusiya-Azərbaycan-Ermənistan: silah içlikli mürəkkəb məsələ” adlı məqaləsində bu xüsusiyyətə diqqət çəkilir: “Vladmir Putini ən fəndgir sualla çaşdırmaq çətindir. O heç vaxt media qarşısında özün itirməyib və ən çətin suallara güclü arqumentlərlə cavab vermək qabiliyyətində olub. Bu səbəbdən Putinin Serj Sərkisyanla sonuncu görüşdən sonra Rusiyanın Azərbaycana silah satışı ilə bağlı suala verdiyi cavab da bu qəbildəndir… Xatırladaq ki, Putin Azərbaycanın varlı ölkə olduğunu və haradan, nə qədər istərsə silah ala biləcəyini söyləmişdi… Lakin Putinin hazırcavablığı onun həqiqəti əks etdirməsi anlamına gəlmir. Azərbaycan heç də istədiyi yerdən silah ala bilməz. Məsələn, Azərbaycan istəsə belə çox funksiyalı F-16 təyyarələrini satın ala bilmir. Qərb Qarabağ problemi həll olunmadığına görə həm Azərbaycan həm də Ermənistana silah satmaqdan çəkinir…Lakin jurnalistin bu barədə verdiyi sual da təsadüf deyil. İrəvan artıq bir neçə müddətdir ki, Moskvaya Azərbaycan verilən silahlarla bağlı narahat dolu siqnallar verməkdədir…Ermənistan bunu “işarə” formasında, sərt üslubdan qaçaraq göstərməyə üstünlük verir. Ermənilər özləri çox vaxt Moskvanın “Azərbaycan bizdən almasa başqalarından alacaq”, arqumentləri ilə razılaşmağa  məcbur olurlar… Erməni jurnalistinin də sualı onu göstərir ki, Ermənistan tərəfi də öz narazılığını açıq şəkildə büruzə verməyə başlayıb… Nəzərə almaq lazımdır ki, Rusiya silahları Azərbaycanın arsenalının 85, Ermənistanın isə 100 faizini təşkil edir… Lakin Rusiyanın bu inhisarçı vəziyyəti Qərbin Moskvaya qarşı əlinə yeni kozırlar verir. Çünki münaqişə tərəflərinə kim silah tədarükü ilə məşğuldursa, regionda geniş miqyaslı toqquşmalara “yol veməməyə”  də borcludur. Aprel müharibəsi onu göstərdi ki, bu “yol verməmək” heç də həmişə mümkün olmur… Azərbaycan özü də Rusiyanı guya Ermənistana satdığı silahların əslində Dağlıq Qarabağ zonasında yerləşdirilməsi ilə bağlı dəfələrlə qınayır. Özü də bu silahlar nədənsə sonralar Ermənistan silahlı qüvvələrinin deyil,  “Dağlıq Qarabağ Respublikası”nın “Ordusu”nun (əslində Ermənistan ordusunun – red.) balansında peyda olur”.Məqalədə Rusiyanın Azərbaycana satılan silahları ilə bağlı Ermənistanın kifayət qədər narahat olmağa əsası olduğuna işarə vurulur:“Rusiyanın Azərbaycana silah ixracatı 2010-cu ildən sonra sürətlə artıb. Müqayisə üçün qeyd olunur ki, 2005-ci və 2006-cı illərdə Rusiyanın Azərbaycana silah satışı heç 1 faizi keçmirdisə, 2011-ci ildə bu pay 6 faizə qədər yüksəlib.Rusiyanın Azərbaycana satdığı S-300 “Favorit” tipli Hava Hücumundan Müdafiə kompleksləri Ermənistan tərəfindən ciddi etirazlara səbəb olmayıb. Lakin Moskva daha sonra Bakıya hücum və zərbə xarakterli  silahlar satmağa başlayıb. 2010-2014-cü illərdə Rusiya Azərbaycana 24 Mi-35 M helikopteri, 18 ədəd “Qasırğa” tipli yaylım atəşli raket sistemi, 18 ədəd 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 18 ədəd 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğusu, 6 “Solntsepyok” tipli 1A tipli Ağır Odsaçan Sistem (rusça TOS 1 A), 94 ədəd T-90 S tankı (əlavə 94 tank da veriləcək), 100 ədəd PDM-3, onlarla ZTR 80A və ZTR-82 silah satıb… Moskva indi Ermənistanın qayğılarını anladığını bildirir. Lakin hazırkı situasiyada yalnız silah satışının tamamilə vaz keçilməsindən deyil, onun intensivliyinin azalmasından danışıla bilər”, deyə məqalə müəllifi yazır.****Bütün bu deyilənlərlə bağlı nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan aprel döyüşlərində silah arsenalının sadəcə cüzi bir qismindən istifadə etməklə, müharibənin nəticəsini çox az bir müddətdə öz xeyrinə dəyişə biləcəyini əyani şəkildə sübut edib. Ermənistan rəhbərliyinin özünü təmkinli aparmaq cəhdlərinə rəğmən erməni ictimaiyyəti bunu çox gözəl başa düşür.Bu səbəbdən ermənilər mümkün qədər çox vaxt qazanmaq, münaqişənin həllini on illərlə uzatmaq və mövcud status-kvonu saxlamaq istəyirlər.Bu səbəbdən Azərbaycanın regionda istənilən ani həmləsi onlar üçün əsl kabus xarakteri daşıyır. Bu mənada Azərbaycan yerinə oturub gözləyə bilməz. Rusiyanın “balans” yaratmaq siyasəti kimə nə dərəcədə sərf edir yəqin ki, hər kəsə bəllidi.  Çünki işğal altında olan bizim torpaqlardı, ermənilərin deyil…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler