Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şoyqu Bakıya Azerbaycanı müharibeye hazırlaşdırmaq üçün gedib” –Ermeni iddiası

16 Ağustos 2016
8:04 am


16/08/2016 [12:00]: xeber –
Modest Kolerov: “Əgər Rusiyanın və Qərbin münasibətlərinin pisləşməsi Qarabağ münaqişəsində də əks olunsa, Ermənistan bir dövlət kimi məhv ediləcək” Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri həm Rusiya , həm də Ermənistan mətbuatında maraqla izlənilir.Təbii ki, bu məsələdə ən narahat mövqe sərgiləyən təcavüzkar qonşularımızdır.Hazırda Şoyqunun Bakı səfərinin erməni mətbuatının gündəmini həbs etdiyini söyləsək, yanılmış olmarıq.Rusiya müdafiə nazirinin rəsmi səfərinə qarşı ən sərt təpki Ermənistanın radikal-millətçi KİV-ləri tərəfindən gəlib.Məsələn lragir.am yazır ki, Şoyqu Bakıya Azərbaycanı müharibəyə hazırlaşdırmaq üçün gedib. “Aprel müharibəsindən sonra Moskva dalana dirənib, və bundan həm Ermənistan, həm də Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Moskva Ermənistan tərəfdən ərazi güzəştlərini və KTMT sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan planlarını diplomatik cəhətdən həyata keçirilə bilmir. Digər tərəfdən isə, Rusiya yeni müharibənin başlanmasına da yol vermək istəmir. Çünki  bu müharibənin sonunun necə bitəcəyi bəlli olmadığına görə Moskva Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini icra etmək məcburiyyətində qala bilər. Rusiyanın həm Ermənistanla, həm də Azərbaycanla müttəfiq rolu oynamağa macalı yoxdur. O, bu dalandan çıxmaq üçün Ankara ilə münasibətləri düzəltməyə çalışır. Ankara isə ondan daha bir mürəkkəb vəzifəni – Ankara-Moskva-Bakı oxunun formalaşdırılmasını tələb edir”, –  deyə Akop Badalyan yazır.Digər erməni yazar Naira Ayrumyan isə deyəsən daha isterik vəziyyətdədir. Bu isterika onun yazısındakı həyasızca səslənən fikirlərində də əks olunub: “23 ildir ki, hələ də Qarabağda kimin qalib olduğunu deyən yoxdur. Heç bir virtual qələbə və ya məğlubiyyət yoxdur. Konkret torpaq var və bu torpaq qənimət hüququ kimi Ermənistana verilməlidir. Bu qələbəni və torpaq hüququnu tanımayanlar Ermənistanın dostu ola bilməz”.Rusiyanın ermənipərəst regnum.ru saytının baş redaktoru Modest Kolerov isə Rusiyanın bölgədə balans mövqeyində durmaq prinsipinə sadiq qaldığını düşünür: “Putinin ərazi bütövlüyü ilə bərabər, xalqların öz müqəddəratını həll etmək hüququnun adını çəkməsi onu göstərir ki, artıq Azərbaycan Rusiya üçün birinci prioritet sayılmır”, –  deyə o bir erməni saytına verdiyi müsahibədə söyləyib.Modest Kolerov bunu ermənilər üçün çox vacib nəticə hesab edib.Kolerov münaqişədə kompromis variant olaraq Qarabağın müstəqilliyinin tanınması ehtimalının gündəmə gəldiyini iddia edib:“Əgər qarşılıqlı güzəşt olmasa nizamasalma bir müddət daha təxirə salınacaq. İndiki vəziyyət isə Ermənistana və Dağlıq Qarabağa çox sərf edir. Bu vəziyyət nə qədər çox davam etsə o zaman münaqişənin nizamlanmasında onların mövqeyi güclənəcək”.Bununla bərabər Modest Kolerovun Rusiyanın Qərblə münasibətlərinin kəskinləşməsi fonunda Ermənistanın vəziyyətinin necə olacağı barədə sualla ilə bağlı isə söylədikləri də maraqlıdır: “Əgər Rusiyanın və Qərbin münasibətlərinin pisləşməsi Qarabağ münaqişəsində də əks olunsa, Ermənistan bir dövlət kimi məhv ediləcək. Mən Ermənistanda bu məsələdə hansısa oyun oynamaq istəyən adamlara təəccüblənirəm. Əgər Qarabağ münaqişəsində Rusiyanı və Qərbin ortaq mövqeyi olmasa Ermənistan məhv olacaq, çünki Ermənistanın təhlükəsizliyini Rusiyanın və Qərbin ortaq mövqeyi xilas edir”, deyə Kolerov bildirib.****Rusiyanın Bakıya silah tədarükü ilə bağlı Ermənistan rəhbərliyi hələ ki, açıq şəkildə etiraz etməyə cürət etmir.Əslində Ermənistanın buna nə halı var, nə də ciddi imkanları.Eadaily.com saytının şərhçisi Vyaçeslav Mixaylovun “Rusiya-Azərbaycan-Ermənistan: silah içlikli mürəkkəb məsələ” adlı məqaləsində bu xüsusiyyətə diqqət çəkilir: “Vladmir Putini ən fəndgir sualla çaşdırmaq çətindir. O heç vaxt media qarşısında özün itirməyib və ən çətin suallara güclü arqumentlərlə cavab vermək qabiliyyətində olub. Bu səbəbdən Putinin Serj Sərkisyanla sonuncu görüşdən sonra Rusiyanın Azərbaycana silah satışı ilə bağlı suala verdiyi cavab da bu qəbildəndir… Xatırladaq ki, Putin Azərbaycanın varlı ölkə olduğunu və haradan, nə qədər istərsə silah ala biləcəyini söyləmişdi… Lakin Putinin hazırcavablığı onun həqiqəti əks etdirməsi anlamına gəlmir. Azərbaycan heç də istədiyi yerdən silah ala bilməz. Məsələn, Azərbaycan istəsə belə çox funksiyalı F-16 təyyarələrini satın ala bilmir. Qərb Qarabağ problemi həll olunmadığına görə həm Azərbaycan həm də Ermənistana silah satmaqdan çəkinir…Lakin jurnalistin bu barədə verdiyi sual da təsadüf deyil. İrəvan artıq bir neçə müddətdir ki, Moskvaya Azərbaycan verilən silahlarla bağlı narahat dolu siqnallar verməkdədir…Ermənistan bunu “işarə” formasında, sərt üslubdan qaçaraq göstərməyə üstünlük verir. Ermənilər özləri çox vaxt Moskvanın “Azərbaycan bizdən almasa başqalarından alacaq”, arqumentləri ilə razılaşmağa  məcbur olurlar… Erməni jurnalistinin də sualı onu göstərir ki, Ermənistan tərəfi də öz narazılığını açıq şəkildə büruzə verməyə başlayıb… Nəzərə almaq lazımdır ki, Rusiya silahları Azərbaycanın arsenalının 85, Ermənistanın isə 100 faizini təşkil edir… Lakin Rusiyanın bu inhisarçı vəziyyəti Qərbin Moskvaya qarşı əlinə yeni kozırlar verir. Çünki münaqişə tərəflərinə kim silah tədarükü ilə məşğuldursa, regionda geniş miqyaslı toqquşmalara “yol veməməyə”  də borcludur. Aprel müharibəsi onu göstərdi ki, bu “yol verməmək” heç də həmişə mümkün olmur… Azərbaycan özü də Rusiyanı guya Ermənistana satdığı silahların əslində Dağlıq Qarabağ zonasında yerləşdirilməsi ilə bağlı dəfələrlə qınayır. Özü də bu silahlar nədənsə sonralar Ermənistan silahlı qüvvələrinin deyil,  “Dağlıq Qarabağ Respublikası”nın “Ordusu”nun (əslində Ermənistan ordusunun – red.) balansında peyda olur”.Məqalədə Rusiyanın Azərbaycana satılan silahları ilə bağlı Ermənistanın kifayət qədər narahat olmağa əsası olduğuna işarə vurulur:“Rusiyanın Azərbaycana silah ixracatı 2010-cu ildən sonra sürətlə artıb. Müqayisə üçün qeyd olunur ki, 2005-ci və 2006-cı illərdə Rusiyanın Azərbaycana silah satışı heç 1 faizi keçmirdisə, 2011-ci ildə bu pay 6 faizə qədər yüksəlib.Rusiyanın Azərbaycana satdığı S-300 “Favorit” tipli Hava Hücumundan Müdafiə kompleksləri Ermənistan tərəfindən ciddi etirazlara səbəb olmayıb. Lakin Moskva daha sonra Bakıya hücum və zərbə xarakterli  silahlar satmağa başlayıb. 2010-2014-cü illərdə Rusiya Azərbaycana 24 Mi-35 M helikopteri, 18 ədəd “Qasırğa” tipli yaylım atəşli raket sistemi, 18 ədəd 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 18 ədəd 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğusu, 6 “Solntsepyok” tipli 1A tipli Ağır Odsaçan Sistem (rusça TOS 1 A), 94 ədəd T-90 S tankı (əlavə 94 tank da veriləcək), 100 ədəd PDM-3, onlarla ZTR 80A və ZTR-82 silah satıb… Moskva indi Ermənistanın qayğılarını anladığını bildirir. Lakin hazırkı situasiyada yalnız silah satışının tamamilə vaz keçilməsindən deyil, onun intensivliyinin azalmasından danışıla bilər”, deyə məqalə müəllifi yazır.****Bütün bu deyilənlərlə bağlı nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan aprel döyüşlərində silah arsenalının sadəcə cüzi bir qismindən istifadə etməklə, müharibənin nəticəsini çox az bir müddətdə öz xeyrinə dəyişə biləcəyini əyani şəkildə sübut edib. Ermənistan rəhbərliyinin özünü təmkinli aparmaq cəhdlərinə rəğmən erməni ictimaiyyəti bunu çox gözəl başa düşür.Bu səbəbdən ermənilər mümkün qədər çox vaxt qazanmaq, münaqişənin həllini on illərlə uzatmaq və mövcud status-kvonu saxlamaq istəyirlər.Bu səbəbdən Azərbaycanın regionda istənilən ani həmləsi onlar üçün əsl kabus xarakteri daşıyır. Bu mənada Azərbaycan yerinə oturub gözləyə bilməz. Rusiyanın “balans” yaratmaq siyasəti kimə nə dərəcədə sərf edir yəqin ki, hər kəsə bəllidi.  Çünki işğal altında olan bizim torpaqlardı, ermənilərin deyil…(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler