Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sovet nüve sınağının dehşetli görüntüsü – Video

30 Ekim 2016

5:28 am


30/10/2016 [09:26]: xeber –
Sovet İttifaqının ilk nüvə sınaqlarından birinin real görüntüləri yayılıb. Video-kadrlarda əksini tapan bu sınaq 1955-ci il noyabrın 22-də baş tutub. Bundan öncə isə cəmi iki sınaq olmuşdu – 29 avqust 1949 və 12 avqust 1953-cü ildə.  Sınaq Qazaxıstanda, Semipalatinsk nüvə poliqonunda keçirilib. Kadrlarda poliqonun yaxınlığındakı Kurçatov (SSRİ-nin məşhur alimi, atom reaktorunun yaradıcısı İqor Kurçatovun şərəfinə adlandırılan şəhər) qapalı şəhərində atom zərbəsinin necə təsir göstərdiyi də əksini tapıb. Bomba saat 9.47-də 12 min metr yüksəklikdən buraxılıb. Paraşüt sistemi işə düşüb və təyyarə bir müddət sonra bombadan uzaqda – təhlükəsizlikdə olub. Bomba 1550 metr hündürlükdə partlayıb. Sınaq zamanı bir əsgər həlak olub, bir əsgərin isə gözləri tutulub. Bütün proses bir neçə kamera ilə lentə alınıb və hökumət üçün kiçik bir filmdə birləşdirilib. Filmi Levitan səsləndirib.  (Axar.az ) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler