Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Soros Azerbaycan iqtisadiyyatını öz tesiri altına almaq üçün cehdler edib”

30 Haziran 2016

10:32 am


30/06/2016 [14:31]: xeber –
Bir zamanlar Azərbaycanda bir sıra QHT-lərə donorluq edən Soros fondunun prezidenti Corc Soros Azərbaycan haqqında bir sıra fikirlər səsləndirib. O, Qərb dairələrinin Azərbaycan iqtidarına dəstək verməsini yanlış hesab edib. Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın Mirzəzadə sayt -a açıqlamasında bildirdi ki, Soros öz şəxsi maraqları naminə bu tip çıxışlar edir: “Corc Soros dünyada baş vermiş hadisələrə ara-sıra münasibət bildirən iş adamı kimi tanınıb. Onun Azərbaycan barədə dedikləri öz şəxsi maraqları naminə deyilən sözlərdir. O, bir vaxtlar Azərbaycanda özünün siyasi məqsədlərinə xidmət edə biləcək böyük QHT-şəbəkəsi yaratmağa cəhd etmişdi. Azərbaycan iqtisadiyyatının müəyyən sahələrini öz təsiri altına almaq üçün cəhdlər etmişdi. Bəzi beynəlxalq hüquq normalarına uyğun formada davranan istənilən mərkəz və şəxslə əməkdaşlıq etməyə hazırıq. Azərbaycanın bu tip məsələlərlə bağlı heç bir problem yoxdur. Prezident İlham Əliyevin Almaniyaya baş tutumuş çox uğurlu səfərini xatırlaya bilərik. Ölkəmizdə Formula1 yarışlarının keçirilməsi, Qərbdən Azərbaycana gələn investisiyalar onu göstərir ki, Qərb  ölkəmizə Sorosun eynəyi ilə deyil, iki dövlətin maraqları ilə baxmağa çalışır. Hər halda Azərbaycan nəzərə alacaq ki, xaricdə Soros soyadlı bir şəxs ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler