Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sonra melum oldu ki, iş yerindece katibesi ile tapışıb…”

03 Ekim 2016

6:40 pm


03/10/2016 [22:36]: xeber –
sayt – ın əməkdaşı “Qadın taleyi” rubrikasından daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizə Mələyin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. Mələk indi ata evinə qayıdıb, amma böyük oğlanları, qızı var. Hətta bir neçə nəvəsi də var.“Bütün bunlara baxmayaraq mən yenə uşaqlarımın xətrinə hər şeyə dözürdüm…”“Onunla 1986 – cı ildə ailə qurduq. Həyat yoldaşım mənə qədər bir dəfə evlənib boşanmışdı. Bir oğlu da var idi. Bu illər ərzində iki oğlan və bir qız övladımız dünyaya gəldi. Birinci həyat yoldaşından olan oğlu da anasından ayrılıb bizim evimizə gəldi. Həyat yoldaşım çox imkanlı idi. Onda kəndimizdə birinci adam idi ki, xarici maşını var idi. Çox firəvan dolanırdıq. Amma həyat yoldaşım çox söyüşçül adam idi. Tez – tez məni və ailəmi təhqir edib döyürdü. Uşaqlarımın da yanında məni gözdən salmışdı. Onlarda da mənə qarşı nifrət hissi aşılayırdı. Bütün bunlara baxmayaraq mən yenə uşaqlarımın xətrinə hər şeyə dözürdüm. “Cavan qız olduğu üçün həyat yoldaşım ona daha çox bağlanmışdı…”Sonra məlum oldu ki, iş yerində milliyətcə rus olan katibəsi ilə tapışıb. Buna ilk öncə inanmadım. Çünki katibəsi də bizə həmişə qonaq gəlirdi. Pul həyat yoldaşımın gözünü örtmüşdü. Sonra dəqiq bildim ki, münasibətdədirlər. Elə oldu ki, katibəsindən də bir oğlu oldu. Mən yenə uşaqlarımı atıb getmədim. Həyat yoldaşım həm ona baxırdı, həm də bizim ailəyə. Bilirdim ki, bu rus qadın nə vaxtsa çıxıb gedəcək, onun nəyinə lazımdı evli kişiylə yaşasın. Cavan qız olduğu üçün həyat yoldaşım ona daha çox bağlanmışdı. Amma bir neçə dəfə onun tez – tez rus qadının evində gecələməsinə görə problemlərimiz oldu. Hətta məni möhkəmcə döydü. Bir dəfə də çaynikin qaynar suyunu üstümə tökmüşdü. “Oğluma çox deyirdim ki, oğul, atanın sözüylə mənlə belə eləmə, mən sənin ananam, xeyir tapmazsan…”Övladlarımı da məcbur edirdi ki, məni döyüb – söysünlər. Elə böyük oğlum da atasının sözüylə məni döyürdü. Təsəvvür edirsiniz bir övlad anasını döysün. Buna görə oğluma çox deyirdim ki, oğul, atanın sözüylə mənlə belə eləmə, mən sənin ananam, xeyir tapmazsan. Amma oğlum mənim sözümə yox, atasının sözünə qulaq asırdı. Elə oldu ki, rus qadın Rusiyada yaşayan valideynlərinin yanına getmək bəhanəsi ilə həyat yoldaşımla Rusiyaya getdi. Sonra isə müəyyən bəhanələrlə həyat yoldaşımdan ayrıldı. İndi Rusiyada başqa öz millətindən olan kişiylə evləndi və bir qız övladı da var. Həyat yoldaşım da rus qadından olan oğlunu götürüb Azərbaycana gətirdi. İnanırsınız ki, mənə ən çox hörmətlə yanaşan, mənə ürəyi yanan elə o, rus qadından olan oğulluğum oldu. Öz övladlarım məni ana yerinə qoymadılar. “Heç düşmənimə belə ömür arzulamıram…”Sonra get – gedə həyat yoldaşımın işləri dolaşığa düşdü. Pula pul deməyən adam indi evdə toyuq – cücəyə baxır. Qızımız da gəlin köçdü. İki uşağı var. Amma yenə də həyat yoldaşım məni yola vermirdi. Atamı, anamı bütün qohum – əqrəbalarımı nalayiq söyüşlə təhqir edirdi. Artıq boğaza yığıldım. Bu birinci dəfə deyil idi ki, mən atam evinə gedirdim. Bu dəfə ata evimə qayıtdım və məncə bu sonuncu qayıtmağım olacaq. Boşanmaq ərəfəsindəyik. O, indi pulsuzluqdan havalanıb. Qonum – qonşunun ondan imkanlı olduğunu görüb çox paxıllıq keçirir. Bu qədər vaxtı pis yaxşı yaşadıq. İndi gəldi ayrılmağa qərar verdi. Qızımızın ərdə olduğu vaxtda. Oğlanlarımızın evlənmək yaşında məni küçələrdə əsir – yesir etdi. Qardaşlarım da deyir ki, boşan, biz də bezmişik. Mənimki ailə qurmaq olmadı. Otuz ildi zülm çəkirəm. Heç düşmənimə belə ömür arzulamıram.” Vasif Əlihüseyn 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler