Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sonra da İlham Əliyevi ittiham edirler…”

21 Eylül 2016

10:24 am


21/09/2016 [14:23]: xeber –
Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyev Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüş keçirib. Prezident görüşdə bir sıra Qərb dairələrinin Azərbaycanla bağlı hazırladığı hesabatı qərəzli adlandırıb. Politoloq Qabil Hüseynli sayt-a açıqlamasında Qərb dairələrinin hazırladığı hesabatın həqiqətləri əks etdirmədiyini deyib:”Prezident konkret adamların adını çəkdi. Təsəvvür edin ki, jurnalist Rasim Əliyevi futbolçunun yaxınları döyüb öldürür, bunu prezidentin üstünə yıxırlar. Emin Hüseynov ölkəni tərk edib xarici ölkədə sığınacaq istəyir, prezidentə onu vətəndşlıqdan məhrum etmək üçün məktub yazır. Sonra da İlham Əliyevi ittiham edirlər. Emin Hüseynov isə Azərbaycanda heç bir təzyiqlə üzləşmədən ölkəni tərk edib gedib xaricdə televiziya açır, onu işlətməyə başlayır, daha sonra bəyanat verir ki, onun həyatına təhlükə var. Bütün bu hesabatlar həqiqətdən uzaq olan yalan məlumatlara əsaslanır.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler