Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Son zamanlar Rusiya bu yönde daha çox canfeşanlıq etmeye başlayıb”

12 Temmuz 2016

12:40 pm


12/07/2016 [16:39]: xeber –
Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük Bakı səfəri başlayıb. Səfər proqramı haqda öncədən məlumat verilmişdi. Rusiyalı nazirin öz həmkarı və Azərbaycan rəhbərliyi ilə görüşlərində əsas müzakirə mövzusunun iki ölkə arasında əlaqələr, siyasi dialoqun dərinləşdirilməsi və əlbəttə ki, Qarabağ məsələsinin olması gözlənilirdi.Müşahidəçilər isə səfəri daha çox Dağlıq Qarabağ problematikası kontekstində əhəmiyyətli sayırlar. Çünki 4 günlük aprel müharibəsindən sonra məhz Sergey Lavrov rəsmi Kreml tərəfindən sülh danışıqlarında əsas nümayəndəsi kimi irəli verilib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bildirib ki, Peterburq görüşündə tərəflər Lavrovun vasitəçiliyinin davam etdirilməsi barədə ortaq razılığa gəliblər. Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli sayt-a açıqlamasında bildirdi ki, danışıqların ölkəmiz üçün heç bir ziyanı yoxdur:“Təbii ki, görüşdə müzakirə olunan əsas məsələ Qarabağ konflikti olacaq. Rusiya uzun müddətdir ki, bu danışıqların tərkib hissəsidir. Bu günə qədər danışıqlar heç bir nəticə verməsə də, son zamanlar Rusiya bu yöndə daha çox canfəşanlıq etməyə başlayıb. Hesab edirəm ki, bu danışıqların ən azından ölkəmizə ziyanı yoxdur. Ona görə də davam etdirilməlidir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler