Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Son söz deyen Semed Vurğun olaydı…

21 Temmuz 2016

5:04 am


21/07/2016 [09:00]: xeber –
                 Dastanı əlimə alan kimi yaralı xəyalım bir anlığa Kəlbəcərdən, İstusudan keçib Ceyran bulağında cövlan elədi. İki söz nəhəngi qoşa qartal kimi üz-üzə dayanıb əngin səmaları, böyük elli-obalı, həm də əsir elli-obalı, allı-güllü yaylaqları, çaylı, göllü bulaqları, haylı-küylü dərin dərələri diqqətlə seyr edir. Söz sözə toxunur, mizrab simə. Deyişmə başlayır. Ətraf sükut heykəlinə dönüb. Ustadlar ustadnaməni iki yox, üç deyərlər, onlar, bəlkə, artıq deyirlər. Ruhunuz şad olsun, böyük ustadlarımız. Əlin var olsun, qələm tutan, söz misralayan incə ruhlu, şair təxəyyüllü, qorxmaz tədqiqatçı balamız Cəmilə Çiçək.İlk sözü Dədə Şəmşir deyir:Şəmşir qoymaz haqqı gözdən yayına,Şükür-səna eylər Haqqın payına.Cəhənnəm xəlq olub alçaq-xayına, Müqəddəs insana cənnət yaranıb. Təbiidir ki, Dədə Şəmşir müqəddəs insan dedikdə, Səməd Vurğunu nəzərdə tuturdu.Bəli, dəyərli oxucular! Bu misraları “Səməd Vurğun-Aşıq Şəmşir dastanı” haqqında deyəcəyim fikirlərimə, bir növ, proloq kimi verdim.Öncə deyim ki, bu kitaba böyük alim, görkəmli elm və mədəniyyət xadimi, akademik İsa Həbibbəylinin və dostum, filoloğiya elmləri doktoru, professor Füzuli Bayatın yazdığı poetik ruhlu yazılarını  diqqətlə oxudum. Doğrusu, bu ətraflı, zəngin təxəyyüllə yazılmış yazılardan  sonra son söz demək, bəlkə də, artıq idi. Müəllifin xahişi ilə beş-on kəlmə son söz dedim. Və fikirləşdim, hər deyilən söz yadigardır.XIX-XX əsrlərdə aşıqlar şeirinin qızıl səhifələrini yazan, fikirlərini zərgər dəqiqliyi ilə cilalayan ölməz sənətkarlarımız sırasında Dədə Şəmşir və Səməd Vurğun da xüsusi yer tutur. Böyük ədəbiyyat alimləri, xüsusən, folklorşünas alimlərimiz yaxşı bilirlər ki, dastanı qələmə almaq dastançıdan həssas ürək, parlaq zəka və poetik istedad tələb edir.Dastançı Cəmilə Çiçək aşıq ədəbiyyatının şah sütunu olan dastançılardan qorxmayıb, qarşısına ali bir məqsəd qoyaraq “Səməd Vurğun-Aşıq Şəmşir dastanı”nı qələmə alıb. Qüdrətli şair və aşıq sənətinin uca zirvələrindən olan Aşıq Şəmşir böyüklüyünü, onun milli və mənəvi kamilliklərini özünəməxsus poetik inamla tərənnüm edib.Dastanı oxumazdan əvvəl xeyli düşündüm: görəsən, bu çılğın, sənətsevər, yurd-yuva, vətənsevər  qızcığaz ortaya bir şey qoya bilərmi? Sonra dastanı seyrçi kimi yox, həqiqi oxucu kimi diqqətlə vərəqlədim. Bəzi sətirlərin, cümlələrin, sözlərin altından qırmızı xətlə işarələr qoydum. İşarələdiyim sətirlər xoşuma gəldi. Qəribə də olsa, misalımı dastanın son bəndi seçdim. Ölməz Dədə Şəmşirin poetik arzusunu nümunə gətirdim:Hicranın atəşi yamandır, yaman,Əyir qamətimi, verməyir aman.Şəmşiri torpağa tapşıran zamanSon söz deyən Səməd Vurğun olaydı.Bu qənaətə gəldim ki, Çəmilə Çiçək klassik şeir janrlarını; qoşma − ustadnamə, gözəlləmə, vücudnamə, qıfılbənd, gəraylı, diltərpənməzlər, təcnis, cığalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis, müxəmməs, divani, bayatı, qəzəl, məsnəvi cinaslı rübailər və s. çox yaxşı bilir, sanki sözə işıq verir. Əksər deyimlərində ustadlar kimi müdrik sözlərdən məharətlə barınır. Seçimi əladır, yenə sözü Dədə Şəmşirə verək:Kimlə yoldaş oldun, soruş, bil adın, Ona süd veribdi gör hansı qadın. Ardıcdan dağ boyu qalasan odun,Külündə köz qalmaz, o, tezdən keçər. Dastanda tədqiqatçı tarixçi kimi də çıxış edir. O, Qarabağın sərhədlərini sözlə, tarixi fikirlə sanki sərhədləyir. Yəni Aşıq Şəmşirin doğulduğu yurd, müqəddəs Kəlbəcər oylağı, Cavanşir mahalını, əsrarəngiz diyarı ona nə qədər doğmadırsa, tarixi baxımdan Səməd Vurğun da qarabağlı kimi bir o qədər müqəddəs və doğmadır. Yəni tarixi Qarabağın paytaxtı Gəncə xanlığı idi (O zaman Gəncə xanlığını Ziyadoğlular idarə edirdi).Dastanda o dövrün bir sıra ziyalılarının adları sıralanır və onlarla Aşıq Şəmşirin  münasibəti isti notlarla qələmə alınr. Məsələn, o zaman Kəlbəcərin birinci katibi olan Səfər Verdiyev, görkəmli şairimiz Məmməd Aslan, Əli Qurban Dastançı, şairlərdən Şamil Dəlidağ, Sücayət, Bəhmən Vətənoğlu, şair-tərcüməçi Ənvər Rza, şair Nəsib Nəbioğlu, hüquq elmləri doktoru Eldar Həsənov, naşir-tərcüməçi Əlövsət Ağalarov, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kofedrasının dosenti Malik Şükürov, tibb elmləri doktoru, professor Sabir Həbibov, tibb elmləri doktoru, professor Ramiz Əbülhəsənov, tibb  elmləri doktoru Zərraf Təməzoğlu  və onlarla kəlbəcərli sənətkarın adları iftixarla qeyd olunur. Eyni zamanda, Aşıq Şəmşir sağ ikən onunla görüşən böyük şair və yazıçılarımızdan Osman Sarıvəlli, Süleyman Rəhimov, Məmməd Araz, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Əli Vəliyev, Zəlimxan Yaqub və başqaları, bir növ, dastanda Aşıq Şəmşirin, necə deyərlər, sənət qardaşları kimi verilir. Ən əsası, bu dastanda rəvayətçilik yoxdur, real faktlar əsasında Cəmilə xanım nəyi duyubsa, nəyi görübsə və hansı sənətkarların Aşıq Şəmşirə dərin münasibətini anlayıbsa, onu poetikləşdirməyə çalışıb.Dədə Şəmşirin mənalı ömrünün bir hissəsi qüdrətli şairimiz Səməd Vurğunla görüş anları oldu. Hər iki sənətkar saatlarla diz-dizə əyləşib o əsrarəngiz, o əzəmətli torpağımızın ruhunu öz canına hopdurdu, keybir sulardan içdi, dağların saf havasını duydu. Onlar istisuyun əzəmətini, daşı, qayanı yarıb göyə püskürən,  neftdən qiymətli sərvətimiz  olan İstisu kimi loğmanın şəfasını duydular. Sağ olsun böyük xalqımız ki, Səməd Vurğunu, Aşıq Şəmşiri əkiz qardaş kimi anlayır və duyur. Mən kiçik yaşlarımda Kəlbəcərə gedəndə o dağlarda, Ceyran bulağında gözlərim axtarırdı ki, kaş bir tərəfdən Aşıq Şəmşir, bir tərəfdən də Səməd Vurğun çıxaydı. Hər iki qüdrətli sənətkar, hər iki nurani insan burada görüşəydi, saz çalıb, söz qoşub deyişəydilər. Miskin Abdaldan tutmuş ta Sarı Aşığa, Aşıq Alıya, Aşıq Ələsgərə, aşıq Veysələ qədər aşıq mahnılarını, bir növ, yenidən canlandıraydılar. Sözün, sənətin altında yaralı bir vətənin övladı olaraq ədəbiyyata atılan, necə deyərlər, onun müəyyən közünü qurdalayan bizim gənc yazarımız Cəmilə Çiçək bu ağır işin öhdəsindən gəlib.O deyəndə ki  dastana kiçik bir son söz yazın, düzü, mən tərəddüd etmədim. Çünki onun işıq üzü görmüş “Kəlbəcərin saz qalası”,  “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadın” silsilə kitablarını mən də oxumuşam və hazırda mənim də yazım gedəcək “Sazımız ağlayır dağlar başında” adlı dördüncü kitabı çapa hazırdır. Bu da onun xalq şairi Səməd Vurğuna,  ana yurdu Kəlbəcərə, Aşıq Şəmşirin yaradıcılıq irsinə böyük sayğı, hörmət və məhəbbətinin əlamətidir ki, necə bir əziyyət, zəhmət çəkib. Cəmilə Çiçək  elə bir ədəbiyyat cəfakeşidir ki, ona, heç olmasa, beş-on kəlmə xoş söz demək, zəhmətini qiymətləndirmək ədəbi namusdan irəli gələn bir məsələdir.Aşıq Şəmşir, qüdrətli sinədəftər şair idi. O, Səməd Vurğunla Kəlbəcərdə Turşsu −İstisu bulağında görüşəndən sonra, necə deyərlər, sanki püskürdü, alovlandı. Bu görüş onun həyatında çox böyük bir təsir buraxdı, tezliklə Azərbaycanda dillər əzbəri oldu:Aşıq Şəmşir, Dəlidağdan keçəndəKəklikli daşlardan xəbər al məni.Səməd Vurğun dedi və Aşıq Şəmşir ona cavab verdi. Sonralar da Aşıq Şəmşir bu görüşün təsiryilə onlarca şeir yazdı. Məsələn, dilqəmi üstə oxuduğu “Qardaş” rədifli qoşmasından üç bəndi misal gətirmək istərdim:Səni soruşacaq böyük və uşaq,  Analar, bacılar qan ağlayacaq.  “Haray, Vurğun!” – deyir Murov, Dəlidağ,  Qoşqar, Kəpəz gəlir təlaşa, qardaş.Ağlasın doyunca səni Dilbazi,  Şair avazıdı onun avazı.  Sənə nə yazıldı bu qara yazı?..  Az qalır sinəmdə qəm daşa, qardaşNə gözəl ifadədir, sinədə qəmin daşması ayrı şeydir, qəmin çoxalması ayrı şey:Sən ki söz vermişdin bizim mahala,  Bizə gəlməliydin, gəldin zavala.  Firqətin Şəmşiri salıb nə hala,  Belə dağ çəkərmi qardaşa qardaş?     Görürsünüz necə təsirli, necə əzəmətli şeirdir? Dastanda təkcə Səməd Vurğun adı getmir, həmçinin xalq şairi Osman Sarıvəlli, şeirimizin parlaq nümayəndələrindən olan Hüseyn Arif, onun ətrafında Kəlbəcərin gözəl, sinədəftər şairləri diqqətə çəkilir.  Daha bir şeirini də misal göstərmək istəyirəm, – belə ki, Cəmilə xanım da dastanda qeyd etmişdir- Aşıq Şəmşir Vurğunun vəfatından sonra kədərlənir, qaraçı havası üstə görün necə gözəl bir şeir yazır:Daha səsin gəlmir, Vurğun, hardasan?!  Sağ olsan, haraya gəlməyə nə var?!  Qocalıb olmuşam yorğun, hardasan?  Dirilmək çətindi, ölməyə nə var?!  Aşıq qardaş deyib özümə mənim,  Şəmşirəm, şahid ol sözümə mənim,   Qələm yoldaşların üzümə mənim  Yad kimi baxdılar, bilməyə nə var?!   Cəmilə xanımdan birdən-birə böyük həcmli, daha mənalı əsərlər yaratmaq təmənnası sadəlövhlük olardı. Böyük işdir. Müəllif bu kiçik dastanda yaddaqalan dünyəvi, mahiyyətli fikir və mülahizələr söyləyir. Hər iki sənətkarın parlaq obrazlarını yaratmağa can atır. Onların görüşlərini, xalq arasında olan nüfuzlarını bacardığı qədər poetikləşdirir.Mən beş-on kəlmə də olsa, bu dastana son söz dediyim üçün çox şadam və düşünürəm, eləcə də əminəm ki, cəfakeş arı zəhmətkeşliyi ilə çalışan gənc yazar Cəmilə Çiçək Azərbaycanın əbədi və ölməz sənətkarları haqqında bundan da böyük, gözəl əsərlər yaradacaq.Ənvər  ƏHMƏDAYB-nin Qarabağ bölməsinin sədri,filologiya üzrə fəlsəfə doktoru, şair 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler