Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Son 12 ilin en soyuq iyul ayını yaşayırıq

29 Temmuz 2016

12:52 pm


29/07/2016 [16:48]: xeber –
İyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.Azərbaycanda 2004-cü ildən sonra ilk dəfə olaraq bu il iyul ayı sərin keçib.sayt xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.Onun sözlərinə görə, 2004-cü ilin iyul ayının hava şəraiti ilə builki iyul ayının hava şəraiti oxşardır. Bu il iyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.A.Verdiyev qeyd edib ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 1-2 dərəcə aşağıdır. Bu il iyulda Bakıda havanın ən yüksək sutkalıq temperaturu iyulun 18-də (iyulun 29-dək olan məlumat) qeydə alınıb. İyulun 18-də Bakıda havanın sutkalıq temperaturu 37,5 dərəcə isti olub.Ölkə üzrə isə iyulda (iyulun 29-dək olan məlumat) ən yüksək sutkalıq temperatur Mərkəzi Aran rayonlarında müşahidə edilib. Bəzi Aran rayonlarında iyulun 17-də sutkalıq temperatur 42 dərəcə isti olub.Bakıda bu il iyul ayı ərzində ən aşağı sutkalıq temperatur isə iyulun 13-də olub. Həmin gün sutkalıq temperatur 19,2 dərəcə isti olub.A.Verdiyev qeyd edib ki, 2004-cü ildə Bakıda iyul ayı ərzində ən yüksək sutkalıq temperatur 37 dərəcə, ən minimal sutkalıq temperatur isə 14 dərəcə olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler