Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR vitse-prezidenti haqqında ilginc iddialar – Nağıl kimi heqiqet…

01 Ağustos 2016

6:20 pm


01/08/2016 [22:13]: xeber –
Bu gün Azərbaycanın ən böyük dövlət şirkəti kimi tanınan SOCAR-ın adı dövri mətbuatda tez-tez hallanır. Dövlət şirkətinin adının gah Gülənçi qalmaqallarında, gah onun rəhbərliyinə aid şəxslərin bahalı mülkiyyətlərdə çəkilməsi hər bir vətəndaş kimi bu yazı müəllifini də narahat edir.  Nədən ki, istəsək də, istəməsək də dünya bizi ən çox həmin şirkətə görə tanıyır və onun adının bu cür neqativ hadisələrdə hallandırılması xoş əhval-ruhiyyə yaratmır.Sözüsüz ki, irəli sürülən bir çox ittihamların sırf  “qara piar” xarakteri daşıdığı da istisna deyil. Bu haqda qələmə aldığımız yazılarda bəhs etdiyimizdən təkrarçılığa yol vermək istəmirik. Bizi narahat edən isə şirkət rəhbərliyinə aid konkret faktlara əsaslanan məlumatların yayılmasıdır. Xatırlayırsınızsa, bir müddət əvvəl yerli mətbuatda Türkiyənin kurort şəhərlərinin birində daşınmaz əmlaka 20 milyon dollar kapital yatıran Azərbaycan vətəndaşının adı çəkilmiş və bu faktı əks etdirən sənədlər ortaya qoyulmuşdu. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, dəyəri 20 milyon dollar olan mülkiyyət SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavininə aiddir. Maraqlıdır ki, indi də SOCAR-ın bir başqa yetkilisinə aid olduğu bildirilən bir başqa mülkiyyət barədə məlumatlar yayılıb. Yerli mətbuat orqanlarından birinin yaydığı məlumatda haqqında bəhs edilən mülkiyyətin şəkilləri və kimə aid olduğu barədə ittihamlar səslənib. Bildirildiyinə görə, bu mülkiyyət SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova məxsusdur. Dövlət şirkətinin faktiki ikinci adamı olan Mikayıl İsmayılovun Pirallahıdakı villasının necə ərsəyə gətirilməsi barədə irəli sürülən fikirlər isə əsl nağıl mövzusudur.İddialara görə, bu villanın qumu Misirdən, üzlük daşları isə Fransadan və İtaliyadan gətirilib: “Təkcə villanın həyətindəki hovuzun inşasına 300 min manata yaxın vəsait sərf edilib. Mikayıl İsmayılovun istəyi əsasında villada xüsusi hamamlar inşa edilib. Bu hamamlara lazım olan mərmər döşəmənin bir kvadratmetri 5 min avroya başa gəlib”.Əlimizdə məlumatı təsdiqləyən heç bir sənəd olmadığından, deyilənlərin həqiqəti nə dərəcədə əks etdirdiyi barədə mülahizə yürüdə bilmərik. Amma ortada çəkilmiş şəkillər, göstərilən ünvan olduğundan hüquq mühafizə orqanlarının bunu araşdırması çətin deyil. Ümidvarıq ki, mətbu orqanlara yol tapan bu məlumatlar əlaqədar qurumlar tərəfindən obyektiv şəkildə araşdırılacaq və ictimaiyyətə gərəkli məlumatlar veriləcək. Yalnız bu cür araşdırmalar nəticəsində Azərbaycan özünün ən böyük dövlət şirkətinin üzərindəki ləkəni təmizləyə bilər. Əks halda xalqın sərvətinin bir ovuc məmur tərəfindən talanmasının qarşısının almaq  mümkün olmadığı kimi, ölkəmizin üzərindəki korrupsioner damğası da silinməyəcək.Heydər Oğuz


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler