Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR prezidenti: “Yunanıstan hökumeti tender proseduruna zidd hereket edib”

05 Eylül 2016

9:04 am


05/09/2016 [13:03]: xeber –
“Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi ilə bağlı tender prosesinə zidd hərəkət olub, əvvəldən danışılmış qaydalar pozulub”.Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.O qeyd edib ki, hazırda SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir.“Dəyişdirilmiş qayda ilə DESFA-nın qiyməti iki dəfə aşağı olmalıdır. Əgər gəlirlilik aşağı salınıbsa, şirkətin qiyməti də əvvəlki qiymət olmamalıdır. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır”, – deyə SOCAR-ın prezidenti bildirib.Onun sözlərinə görə, danışıqlarda SOCAR-la yanaşı, İtaliyanın “Snam” şirkəti də iştirak edir.SOCAR-ın DESFA-nın alınmasından imtina edib-etməyəcəyinə gəlincə isə R.Abdullayev qeyd edib ki, SOCAR tenderdə qalib gəlib və imtina etməyəcək:“Biz sona qədər öz haqqımızı qoruyacağıq”.Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. İtaliyanın “Snam” şirkəti 17%-in alınmasında maraqlıdır.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler