Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR “Petrol Ofisi”nin alışına dair resmi teklif veren üç şirketden biridir

10 Kasım 2016

7:48 pm


10/11/2016 [23:46]: xeber –
Avstriyanın OMV şirkətinin Türkiyədəki törəməsi olan “Petrol Ofisi”nin alışına dair 3 şirkət rəsmi təkliflərini verib. Bunu “Bloomberg” agentliyi 3 mənbəyə istinadən yazır.Agentliyin mənbələri bildirir ki, “Petrol Ofisi”ni almaq üçün “Saudi Aramco”, SOCAR və OPET (“Koç Holding”in törəməsi) rəsmi qaydada OMV-yə müraciət edib.Bildirilir ki, “Saudi Aramco” danışıqlar prosesinə HSBC bankını cəlb edib. OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) ötən gün bildirib ki, onun rəhbərlik etdiyi şirkətə “Petrol Ofisi”ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: “Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. ”Petrol Ofisi”nin satışına dair ilk təklifləri almışıq”.Qeyd edək ki, SOCAR “Petrol Ofisi”nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu “Reuters” agentliyinə “SOCAR Türkiye Enerji A.Ş.”-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.V.Əliyev əlavə edib ki, “Petrol Ofisi” yayda SOCAR-a informasiya memorandumunu təklif edib.“Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik”, – deyə o bildirib.İdarə Heyətinin sədri detalları açıqlamayıb.SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.Cari ilin fevral ayında OMV “Petrol Ofisi”nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, “Petrol Ofisi” OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.“Petrol Ofisi”nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler