Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR ‘Petrol Ofisi’nin alınması üçün tenderde iştirak edecek

18 Ekim 2016

5:28 pm


18/10/2016 [21:27]: xeber –
SOCAR Avstriyanın OMV şirkətinin törəməsi olan “Petrol Ofisi”nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcək. sayt xəbər verir ki, bunu “Reuters” agentliyinə “SOCAR Türkiye Enerji A.Ş.”-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib. V. Əliyev əlavə edib ki, “Petrol Ofisi” yayda SOCAR-a informasiya memorandumunu təklif edib. “Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik”, – deyə o bildirib.İdarə Heyətinin sədri detalları açıqlamayıb. SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək. Cari ilin fevral ayında OMV “Petrol Ofisi”nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, “Petrol Ofisi” OMV-nin yenilənmiş strategiyasına uyğun deyil. “Petrol Ofisi”nin 1800-ə yaxın YDM-i var.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler