Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“SOCAR onların daxili işlerine qarışmır” – Rövneq Abdullayev

30 Ağustos 2016

7:00 am


30/08/2016 [10:58]: xeber –
AFFA İcraiyyə Komitəsinin iclasından sonra Rövbəq Abdullayev jurnalistlərin suallalrını cavablandırıb.sayt həmin müsahibəni təqdim edir:- İclas necə keçdi??- İclasımız hər zaman olduğu kimi keçdi. Bir çox mələləri müzakirə etdik. Futzal üzrə milli komandamızın üzvləri ilə görüşdük və onları Kolumbiyaya yola saldıq. Futzalda bizim böyük uğurlarımız var. Fikrimcə, Kolumbiyada keçiriləcək dünya çempionatında ən azı qrup mərhələsini keçmək şanslarımız var. Çimərlik futbolundakı uğurlardan da danışdıq. Əsas məsləmiz danışılmış oyunlarla bağlı oldu. İcraiyyə Komitəsinin üzvləri ilə bəyannaməyə imzaladı. Bu məsələ bütün dünyada böyük bir problemə çevrilib. Bundan qaça bilmərik. İstəyirik ki, bundan yaxamızı qurtaraq.- Futzal millisinin üzvləriylə görüşdüyünüzü dediz. Millinin baş məşqçisinin bir çox tələbi var idi. O, sizdən nə istədiklərini soruşdu?- Yox, artıq bunun üçün gecdir. Komanda artıq yola düşür. Onlar artıq Kolumbiya vaxtıyla yatıb-duracaqlar. Bilirsiz ki, bu ölkəylə 7 saatlıq fərqimiz var.- Siz Kolumbiyaya gedəcəksiniz?- Xeyr.- Mətbuatda “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşdüyünüz barədə xəbərlər yer almışdı. Ancaq “Bakı” bu il I Divizionu da tərk etdi və iştirak etməyəcəklər…- Xeyr, belə görüşümüz olmayıb. “Bakı” klubu Azərbaycan futbolu üçün böyük işlər görüb. Son vaxtlar “Bakı”nın FİFA ilə problemləri var. Hətta son mövsümdə FİFA klubun 15 xalını silindi. Bu problemlərə görə, “Bakı”nı çempionata buraxsaydıq, FİFA həmin sanskiyaları bizə qarşı da edə bilərdi. Buna görə belə qərar verilib.- AFFA “Bakı”ya güzəşt edə bilməzdimi?- Bunu etsəydik, FİFA qarşısında məsuliyyət daşıyacağdıq.- “Əlincə”nin bazası da var. Həmin klubun rəhbərliyi ilə görüşmək mümkündü?- Ən böyük problemimiz sponsorların getməsidi. Bu gün həvəs göstərirlər, sabah çıxıb gedirlər. Bu, AFFA-nın dəstəyilə yaradılıb. Bəzi futboldan kənar şəxslər özlərini reklam etmək üçün komandaları öz himayələrinə götürürlər. Premyer Liqada iştirak etmək istəyirlər, ancaq sonradan komandanı yarı yolda atıb qaçırlar. Çalışırıq ki, klublar lisenziyalarını FİFA-nın qaydalarına uyğun alsınlar.- “Neftçi” son dövrlər uğrsuz çıxış edir. Komandanın sponsoru olan SOCAR klubdan hesabat tələb edəcək?- Xey, “Neftçi”nin sponsorları arasında SOCAR olsa da, klubun idarə edilməsində iştirak etmir. İdarə heyətində SOCAR-ın işçiləri var. SOCAR klubun daxili işlərinə qarışmır. SOCAR-ın vitse-prezidenti Xoşbəxt müəllim “Neftçi”nin azarkeşidir, O, onları gecə-gündüz “presləyir”. Siz narahat olmayın (gülür).- Son vaxtlar “Neftçi”nin oyunlarına az azarkeş az gəlir…- Bu, Azərbaycan futbolunun problemidi. Neçə ildi futbolda çalışıram, bu problem həmişə var. Ancaq beynəlxalq oyunlarda gəlirlər. Yəqin nəyisə düzgün etmirik ki, az azarkeş gəlmir. 60 minlik stadion tikmişik. Ancaq 10 minlik 8-ci km stadionu da dolmur.- Avropada Müşahidə Şurasının üzvləri özləri klub üçün pul qoyurlar. “Neftçi” isə dövlətin verdiyi pullarla idarə edilir. Sizcə, burada uyğunsuzluq yoxdu?- Uyğunsuzluq yoxdu. Narahat olmayın.- Premyer Liqada klubların sayının azaldılmasının futbolumuza mənfi təsiri var?- Klubların və oyunların sayının az olması yaxşı hal deyil. Başqa yolum yoxdur. Bu il belə oldu ki, 8 klub olsun.- Millimizin qarşıda San-Marinoyla oyun var…- Milliyə San-Marinoyla oyunda uğurlar dilədik, onlara xeyir-dua verdik. Çalışacaqlar ki, seçmə mərhələyə uğurla başlasınlar. Futbolda asan rəqib yoxdur.- Seçmə mərhələdə millinin qarşısına hansı məqsəd qoyulub?- Futbolçular özləri qarşısına məqsəd qoyublar – maksimum irəli getmək. Bizim əsas məqsədimiz AÇ-2020-yə qatılmaqdı. Niyə də olmasın? Və ya niyə də DÇ-2018-ə vəsiqə qazanmayaq?- Son vaxtlar klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiz. Ancaq Müşahidə Şurası olmayan klublar daha uğurlu çıxış edirlər. “Qarabağ” və “Qəbələ”ni buna missal gətirmək olar. Düşünmürsüz ki, Müşahidə Şurası uğursuz layihədi?- Xeyr, belə düşünmürəm. Müşahidə Şurası klubun şəffaf idarə edilməsidi. Bunun komandanın pis oyununa, uğursuz çıxışına heç bir aidiyyatı yoxdu. Bu, idarə etmə formasıdı. Bunları bir-birinə qatmayın. “Neftçi”nin uğursuzluqlarının səbəbini deməyə mənim ixtiyarım yoxdu. Ancaq mən “Neftçi”də prezident olduğum zaman Qurban Qurbanovu istefaya səsləyirdilər. Mən o vaxt demişdim ki, Qurban 200 oyunda da uduzsa, onu istefaya göndərməyəcəm. Bir klubda tez-tez məşqçi dəyişiklikləri olmamalıdı.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler