Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR-ın vitse-prezidenti: “Güneşli” yatağında berpa işlerine başlanılıb

27 Eylül 2016

8:04 am


27/09/2016 [12:03]: xeber –
“Hazırda “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanılıb”.Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib.O bildirib ki, quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılov axşam saat 22:00-da hadisə yerinə gəlib və səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər.“Görülən tədbirlərin nəticəsində yangın söndürülüb. Yüksək peşəkarlıq göstərmiş FHN-in rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fontana qarşı Dağ-Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə layiqdirlər. Görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb”, – SOCAR-ın vitse-prezidenti əlavə edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler