Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR-ın prezidenti Rövneq Abdullayev BANM-a qebul olan üç qardaşı tebrik etdi

19 Eylül 2016

7:08 am


19/09/2016 [11:07]: xeber –
2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan əkiz qardaşları – Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyevi BANM-də “15 sentyabr – Bilik günü” ilə bağlı keçirilən təntənəli tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev təbrik edib. SOCAR-ın prezidenti qardaşları həm BANM-in tələbəsi adını qazanmaları, həm də 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adına layiq görülmələri münasibətilə bir daha təbrik edərək təhsildə uğurlar arzulayıb. Eyni zamanda, Rövnəq Abdullayev əkizlərin böyük qardaşı – BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevi 2015/2016-cı tədris ili ərzində semestrlərdə yüksək nəticə göstərərək Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülməsi münasibətilə də təbrik edib.Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş – Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayaraq ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçiblər və Ali Məktəbin tələbəsi olublar. Əkizlərin qardaşı Rəşad Nəzərəliyev də BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-in tələbəsidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler