Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR-ın istiqrazları dövlet qeydiyyatına alındı

09 Eylül 2016

10:16 am


09/09/2016 [14:15]: xeber –
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 dollar olan 100 min ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınıb və onların emissiya prospekti təsdiq edilib. Palatadan verilən məlumata görə, məcmu nominal dəyəri 100 milyon dollar olan istiqrazların tədavül müddəti 5 il və illik gəlirlik dərəcəsi 5%-dir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. “MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq”, – deyə məlumatda vurğulanıb. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler