Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR-dan “Satınalmalar” ile bağlı beyanat

20 Temmuz 2016

11:40 am


20/07/2016 [15:38]: xeber –
Son həftələrdə kütləvi informasiya vasitələrində səslənən suallar və yaranmış anlaşılmazlıqları nəzərə alaraq, SOCAR özünün satınalma prosedurları ilə bağlı aşağıdakı bəyanatı təqdim edir: SOCAR-ın Satınalmalar Siyasəti və podratçıların təyin edilməsi qaydaları tam şəffafdır və şirkətin veb səhifəsində dərc edilib. SOCAR bütün layihələrində Satınalmalar Siyasətinə riayət edir. “Müstəqil auditorlardan olan KPMG şirkəti öz hesabatında SOCAR-ın müvafiq qanunvericiliyin tələblərinə tam cavab verən satınalma standartlarını hazırlayıb, tətbiq etdiyini təsdiqləyib.[http://www.socar.az/1/report-en.pdf]. Qeyd etmək lazımdır ki, müxtəlif inşaat layihələri çərçivəsində başqa qurumlarla Tekfen və Azfen şirkətləri arasında müqavilələr bağlanıb.Lakin bəzi media qurumları bu müqavilələri yalnışlıqla SOCAR-a aid etməkdədir. BP şirkəti tərəfindən idarə olunan Cənubi Qafqaz Boru Kəməri layihəsinin konsorsiumu ilə Azfen arasında olan və yalnışlıqla SOCAR-a aid edilən əməkdaşlığı buna misal gətirmək olar. SOCAR özünün Satınalmalar Siyasətində əks olunan tender prosedurlarına ciddi şəkildə riayət edir. SOCAR-ın Tekfen şirkəti ilə əməkdaşlığa aid qərarlar bütün qiymətləndirmə meyarlarına cavab verən rəqabətədavamlı tender təkliflərinin əsasında verilib.SOCAR podratçı şirkətləri ümumi iş təcrübəsi, SOCAR-la olan əməkdaşlıq təcrübəsi, əməliyyat imkanları və səriştəsi əsasında müəyyən edir. Bununla yanaşı SOCAR yerli və strateji biznes tərəfdaşlarına dəstək öhdəliklərini də nəzərə alır. Bəzi yazılarda Global Witness təşkilatının köhnə hesabatına istinad göstərilir, halbuki SOCAR sözügedən hesabatda qaldırılan bütün sualların cavabını artıq xüsusi bir veb-səhifədə cavablandırıb.(www.azerbaijananonymousexplained.com). Bütün kütləvi informasiya vasitələrini SOCAR-la bağlı hər hansı bir məlumatı yayımlamaqdan öncə bizimlə əlaqə qurub, məlumatları dəqiqləşdirməyə dəvət edirik”, – deyə bəyanatda vurğulanıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler