Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR bu layiheye 340 milyon xercledi

05 Kasım 2016

11:00 am


05/11/2016 [14:59]: xeber –
Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən, ümumi investisiya dəyəri 750 mln.dollar olan “SOCAR Polymer” layihəsinə bugünə qədər 340 mln. dollar vəsait xərclənib. Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov bildirib. Onun sözlərinə görə, bu məbləğin 230 mln.dollarını “Qazprombank”dan cəlb edilən vəsait təşkil edib. “SOCAR Polymer” MMC-nin inşa etdiyi Polipropilen və Yüksək Sıxlıqlı Polietilen Zavodlarının tikintisindən danışan F. Cəfərov qeyd edib ki, işlər qrafikə uyğun davam edir. Belə ki, Polipropilen Zavodu üzrə mühəndislik işlərinin 95%-i, satınalma işlərinin 90%-i, tikinti işlərinin isə 30%-ə yaxını yerinə yetirilib: “2018-ci ilin I rübündə zavod istismara daxil olacaq”. F.Cəfərov Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin isə qrafiki 3-4% qabaqladığını bildirib. O qeyd edib ki, 2018-ci ilin yayında layihə tamamlanacaq və istehsalata başlanacaq. MMC rəhbərihazırda sahədə 1000 nəfərə yaxın işçinin çalışdığını və onların əsasən yerlilər, xüsusilə də Sumqayıtdan olduğunu deyib. Qeyd edək ki, “SOCAR Polymer”in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Hazırda Azərbaycan aşağı sıxlıqlı polietilen ixrac edir, eyni zamanda yüksək sıxlıqlı polietilen idxal edir. Bu layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler