Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR Avstriya şirketi ile müqavile imzalayıb -Foto

02 Ağustos 2016

3:20 pm


02/08/2016 [19:17]: xeber –
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb.SOCAR-dan verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov və David Məmmədov, “Poerner” şirkətinin sahibi və baş icraçı direktoru Andreas Poerner, Müqavilələr və kommersiya məsələləri üzrə vitse-prezidenti Roland Stickler, Avstriyanın Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi xanım Ute Friessner iştirak ediblər.Zavodda aparılan rekonstruksiya və modernizasiyası işləri barədə məlumat verən vitse-prezident Tofiq Qəhrəmanov layihə çərçivəsində istismara veriləcək ilk qurğu-Bitum istehsalı qurğusu üzrə müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib, bunun keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcəyini, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.“Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduğunu söyləyib, yeni bitum qurğusunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduğunu vurğulayıb.Bildirilib ki, illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler