Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SOCAR-AQŞ yeni neft quyusu qazıb

15 Eylül 2016

4:04 pm


15/09/2016 [20:02]: xeber –
SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 778 metr olan 27 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb. Bu barədə şirkətdən bildirilib. 27 saylı quyuya 7 düymə istismar kəməri endirilib, açıq lüləyə isə 4,5 düyüm yüksək keyfiyyətli süzgəclər buraxılıb. Bu süzgəclərin quyuya buraxılması quyu məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və stabil hasilatın aparılmasına imkan yaradacaq.SOCAR-AQŞ-dan bildirilib ki, bu və növbəti quyular Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikilərək sifarişçiyə təhvil veriləcək.Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.Hal-hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler