Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Size nömreli pul verecem, sonra başınıza torba keçirib…”

08 Kasım 2016

2:08 pm


08/11/2016 [18:06]: xeber –
Hazırda həbsdə olan sabiq
MTN generalı Akif Çovdarovla bağlı sayt-a maraqlı informasiya daxil
olub. Özəl mənbədən verilən məlumata görə, MTN generalının hazırda azadlıqda
olan əsas adamlarından biri vaxtiylə A.Çovdarovun xeyrinə torpaq qoparmaq üçün
bələdiyyə və icra nümayəndələrini açıq-aşkar şantaj edib. Belə ki, MTN
generalının Masazırdakı istixanasında çalışan və onun xüsusi etimadını qazanan
bu şəxsin əsas vəzifəsi Bakı və Bakıətrafı ərazilərdə gözəgəlimli torpaq sahələrini
müəyyənləşdirmək, daha sonra bu yerləri sənədləşdirmək üçün bələdiyyə və digər
dövlət qurumlarına müraciət etmək olub. Bunun üçün bələdiyyə və icra hakimiyyətlərinə
zəng edən A.Çovdarovun qeyri-rəsmi səlahiyyətli 
nümayəndəsi  sənədləşmə işini ləngidən
bəzi bələdiyyələri şantaj etməkdən belə çəkinməyib.

Mənbənin sözlərinə görə,
bir dəfə Bakıətrafı ərazilərədn birində bələdiyyə binasına daxil olan generalın
əlaltısı onları korrupsiyada, rüşvətxorluqda ittiham edərək həbs etdirəcəyini
bildirib. General yaxını qeyd edib ki, bunun üçün sizə nömrəli pul verdirəcəm,
sonra isə başınıza torpa keçirib MTN-ə aparacam.

Bilgili qaynağın məlumatına
görə, hazırda ömrünün ixtiyar çağını yaşayan general yaxını bu gün də
A.Çovdarovla bağlı müxtəlif “razborkalarda” iştirak etməkdə, keçmiş ağasına
sadiqlik nümayiş etdirməkdədir.   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler