Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Siz meni Mikayılın şousundan seçib vezifeye devet elemisiniz…”

12 Temmuz 2016

5:00 am


12/07/2016 [08:56]: xeber –
– Salam, telefona baxıram, səhər tezdən mənə zəng etmisənmiş…- Bəli, yuxudan oyanan kimi arvad soruşdu ki, səhər yeməyi üçün sənə nə gətirim, mən də dedim qoy yuxarılarla məsləhətləşim, sonra deyərəm.- Bəs nə yedin?- Hələ heç nə…Sizinlə məsləhətləşməmiş nə yeyə bilərəm ki…Arvad istədi qayğanaq bişirsin, sonra soruşdu ki, bəlkə yağ, bal, çörək yeyəsən…- Bəs sən hansını seçdin?- Heç birini. Axı, tapşırmısınız ki, mənimlə məsləhətləşməmiş…- Düz eləmisən. Qayğanaq yesən bəsindir. Yağa – bala öyrəşdirmə özünü, vəzifəyə təzə qoyulmusan…- Bilirəm, tövsiyyələriniz mənim üçün qanundur. Dünən gecə arvadla da sözüm çəp gəldi. Axırda güc – bəla ilə başa sala bildim ki, məsləhətsiz olmaz…- Dünənki iclasda ayaq üstə durub əl çalmağın xoşuma gəldi. Mən çıxış eləyəndə həmişə özünü belə apar. Amma fikir verdim, o yanında oturan yekəpər, ayağa qalxmamağı bir yana, heç əl də çalmadı, dodağının altında nəsə mızıldanırdı, yəqin yalı artıq düşüb. Tədbir görərik…- Siz məni Mikayılın şousundan seçib vəzifəyə dəvət eləmisiniz, ayağa qalxıb əl çalmağı, oynamağı orada öyrənmişəm.- Bilirsən də, indi ciddi islahatlar aparılır, bizə də əl çalmağı, alqışlamağı, məsləhətə qulaq asmağı bacaran mütəxəssislər lazımdır.- Yeri gəlmişkən, bir məsləhətə də ehtiyacım var, dünən təzə kabinetimin yuxarı küncündə hörümçək toru gördüm. Deyirəm, bəlkə təmizliyə baxan arvadı dəyişim, qoy desinlər ki, gələn kimi kadr dəyişikliyinə başladı.- Azərbaycanlıdır?- Hə, kimsəsiz adamdır, onu işdən çıxarsaq başımız ağrımaz.- Yaxşı, əvvəlcə töhmət ver, bir həftədən sonra da işdən qov getsin. Yerinə də bir şəhid anası götür, göy desinlər ki, şəhid ailələrinə qayğı göstəririk. Bu qayğı mətbuatda geniş işıqlandırılsa, lap yaxşı olar. İstəyirsən, himayəmizdə olan mətbuat orqanlarına özüm deyim.- Bir qohum var, amma hayıf ki, ali təhsillidir, xadiməliyə yaramaz…- Niyə yaramır ki, əksinə, bu, həm də ölkəmizdə ali təhsilli mütəxəssislərə qayğının ifadəsi kimi qiymətləndirilər. Di yaxşı, qayğanağını ye, arvadın da könlünü al, başa sal ki, məsləhətli don gen olar…Məzahir Süleymanzadə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler