Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Siz indi hardasınız, Gülnare? Kim sizin barmaqlarınızı öpür? – Pamflet

19 Eylül 2016

8:56 am


19/09/2016 [12:54]: xeber –
sayt Özbəkistanın
keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında Fərqanə
informasiya agentliyinin əməkdaşı Yadigar Norbutayevin ibrətamiz pamfletini təqdim
edir

 

Siz
indi hardasınız, Gülnarə? Kim sizin barmaqlarınızı öpür? – Pamflet

 

Siz
haradasınız ..,axı Siz hardasınız, əvəzsiz Gülnarə Kərimova? Siz,uşaq-gənclər
riyaziyyat akademiyasının keçmiş məzunu, nəticədəsə Daşkənd Universitetinin fəlsəfə-iqtisad
fakultəsinin beynəlxalq iqtisadiyyat bölümünü parlaq şəkildə bitirmisiniz… Siz, Nyu-York Fashion institute of Technology
(SUNİ-incəsənət,biznes,dizayn) Universitetində hər zamankı kimi elmin dərinliklərinə
baş vurmusunuz… Siz, Özbəkistan Elmlər Akademiyası yanında İqtisadiyyat
institutunun magistri, sonralar isə bu hörmətli təhsil ocağının
professorusunuz… Siz, Harvard Universitetinin sənət üzrə magistrisiniz… Siz
,siyasi elmlər doktoru, Daşkənd Universitetinin dünya iqtisadiyyatı və
diplomatiyası üzrə professoru, həm də informasiya texnologiyaları
telekommunikasiya sahəsində bakalavrsınız… Harda itdi-batdı Sizin bu
saysız-hesabsız istedadlarınız? Hələ bu harasıdı… Özbəkistan Respublikasının
BMT-də nümayəndəsi, İspaniyada “Şərq sivilizasiyası”nın səfiri, Daşkənddə
siyasi tədqiqatlar mərkəzinin yaradıcısı… Karate üzrə ”qara kəmər” sahibi,
özbək”qabiliyyətli gənclər”inin sevimlisi, şairə, bəstəkar, ssenarist,
modelyer, zərgər..və nəhayət “sadəcə gözəl” (nakonets prosto krasavitsa) Sizin
sayagəlməz yüksək rütbələrinizi, titullarınızı əgər sonadək sadalamadımsa.. , məni
sidqürəklə əfv edin… Bəs indi nə olur? Nə yazıq ki, eyni vaxtda bir neçə ölkədə
“Gülnarənin milyonları” işi üzrə məhkəmə araşdırılması aparılır.

Mənimsəmə,
satınalma, şantaj, saxta müqavilələr, çirkli pulların yuyulması…Sonra nə
olacaq? Gec-tez bütün dondurulmuş vəsaitlər zərərçəkən dövlətlərin mülkiyyətinə
keçəcək. Ququşa, indi sən hardasan, kiminlə gəzirsən? Hansı villanda gün
keçirirsən? Axı, onlar çoxdu:

 -Londonda iki ev

-Honkonqda
penthausen ( binada sonuncu mərtəbədə ,mansardlı mənzil)

– Dubayda iki
villa,iki mənzil,üç penthausen

-Paris kənarında
ev, Parisdə mənzil,San-Tropedə villa

-Moskvada üç mənzil
və Rublyovkada villa

-Krımda iki
pansionat

-Cenevrədə villa
Bunların hamısın əlindən ala bilərlər,Ququşa.Yaxşısı budur ki, Londona – oğlun
İslamçikin yanına get. Deyirlər London “heç nə qaytarmır”.Yazıq qız, indi harda
gizlənsə yaxşıdır? Bəlkə,İsraildəsən? O vaxtlar –yəni atası Gülnarəyə qəzəblənəndə
təpiklə vurub qabırğasının birini sındırılması barədə şaiyələr yayılmışdı və Ququşa
xəlvətcə bu ölkədə müalicə alırmış.Bu yaxınlarda bir dostum dedi ki, Tel-Əvivə
yaxın məsafədə ,Aralıq dənizi sahillərindəki bir villanın qapısından hündür
boylu bir xanım çıxıb ağ-mirvari rəngli Mersedesin qapısını şəstlə açıb maşına əyləşib.
Sürücü yerində isə ona irişərək baxan gombul oğlan əyləşmişdi…

 

YADİGAR
NORBUTAYEV Fərqanə informasiya agentliyi

 

 

Gülnarə Kərimova

 

Şeron
Stoun,Gülnarə Kərimova, Elton Con və Şopard firmasının həmsədri Hruozi-Şoyfele

 

Gülnarə və Şopardın direktoru Favoz
Hruozi

 

Gülnarə Kərimova

 

Keyf çəkilən əyyam idi

 

Gülnarə Kərimovanın gombul oğlu İslam

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler