Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Siyavuş Novruzov yeni siyasi mehbus siyahısından danışdı

20 Ekim 2016

11:44 am


20/10/2016 [15:43]: xeber –
Azərbaycanda siyasi məhbus problemi aktual olaraq, qalmaqdadır. Müxtəlif hüquq-müdafiə qurumları ölkəmizdəki siyasi məhbuslarla bağlı siyahılar tərtib edərək, Avropa Şurasına və digər nüfuzlu qurumlara təqdim edir. Ən son siyahı isə iki gün əvvəl açıqlandı. Əvvəlki siyahılarla sonuncunun fərqi isə bu dəfə siyasi məhbusların sayının çoxluğundadır.YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruz yeni siyasi məhbus siyahısını şərh edib.YAP-çı deputat bildirib ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus fikrini qəbul etmir: “Ümumiyyətlə, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə bu və ya digər şəkildə cinayət törədən şəxslər var. Peşə fəaliyyətindən, partiya məsubiyyətindən asılı olmayaraq, hər bir insan törətdiyi əmələ cavab verməlidir. Ona görə də, bu insanların hamısı qanun qarşısında bərabərdirlər və əgər cinayət törədiblərsə, qanun qarşısında da cavab verməlidirlər”.Xatırladaq ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənovun oktyabrın 18-də siyasi məhbuslarla bağlı təqdim etdikləri 166 nəfərlik siyahıda siyasi fəallarla yanaşı, dindarlar da əks olunub.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler