Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Siyavuş Novruzov gerek o zaman menim fikirlerimi gündeme getireydi”

15 Eylül 2016

3:36 pm


15/09/2016 [19:34]: xeber –
“Milli Şura və Müsavat Partiyasının mitinqləri bir mərkəzdən başqa-başqa məmurlar tərəfindən idarə olunur”Bunu sayt-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, hakimiyyət daxilində Milli Şuraya üzv olan məmurlar var:”Bu gün bir sıra məmurlar Milli Şuraya pul buraxır, onlar bu qurumun gizli üzvləridir. Yadınızdadırsa mən bir neçə ay bundan öncə sizin saytınıza verdiyim müsahibədə bildirmişdim ki, referendum öncəsi Milli Şuranı maliyyələşdirən xəyanətkar məmurlar ölkədə qarışıqlıq yaratmaq üçün mitinqlər keçirəcək. Siyavuş Novruzov gərək o zaman mənim bu fikirlərimi gündəmə gətirərdi. İndi artıq deyir ki, bu məsələ araşdırılmalıdır. Mən yenə də deyirəm Milli Şuraya da, Müsavat Partiyasına da dəstək verən qüvvələr var. Bu adamlar mənim qardaşım İlham Əliyevlə xalqı qarşı – qarşıya qoymaq istəyirlər. Sizə bir misal deyim, Arif Hacılı villa tikdirir, gedin araşdırın görün onun villasını hansı məmur tikdirir. Onda görəcəksiniz ki, bunlara dəstək verənlər kimdir. Milli Şura və Müsavat Partiyası manevr edir. Bunlar ölkədə qarışıqlıq salmaq üçün müxtəlif günlərdə ard-arda mitinq keçirirlər. Əslində isə hamısı bir mərkəzdən idarə olunurlar. Bu gün mən sosial şəbəkələri izləyirəm. İnsanlar mənə sual ünvanlayır ki,  Hafiz Hacıyev niyə konkret addımlar atmır? Təbii ki, insanlar haqlıdırlar. Amma mən çox gözəl bilirəm ki, mənim qardaşım İlham Əliyev ölkənin belə olmasını istəmir. O, bütün günü çalışır-vuruşur. Prezident təkdir, ona qarşı olan qüvvələr isə daxildə və xaricdə “N” qədərdir. Ona görə də mən hər zaman prezidenti müdafiə etməyə davam edəcəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler