Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Siyavuş Novruzov elektrik satışındakı qiymet artımından danışdı

15 Temmuz 2016

10:56 am


15/07/2016 [14:53]: xeber –
Millət vəkili Siyavuş
Novruzov sayt-a açıqlamasında elektrik enerjisinin qiymətinin
artırılmasına münasibət bildirib. Oxşar proseslərin digər dünya dövlətlərində də
getdiyinə diqqət çəkən millət vəkili, Azərbaycanda qiymət artımlarından öncə əhalinin
sosial durumunun, gəlirlərinin nəzərə alındığını, yalnız bundan sonra qiymət
artımı ilə bağlı hansısa qərarların qəbul edildiyini vurğğulayıb:

“Azərbaycanda bu kimi məsələlərlə
hərtərəfli ölçülüb-biçilir. Nazirlər Kabinetində bununla bağlı xüsusi komissiya
var. Bu komissiya bütün detalları nəzərə alaraq yekun qərar qəbul edir. Dünyanın
hər yerində bu cür proseslər baş verir. Azərbaycan da istisna deyil. Enerji daşıyıcıları,
digər sosial məsələlərlə bağlı dünya dövlətlərində də oxşar addımlar atılır. Azərbaycanda
isə bu kimi məsələlər daha ətraflı araşdırılır, insanların gəlirləri nəzərə
alınır və yalnız bundan sonra bu cür qərarlar alınır. Bu zaman sosial müdafiəyə
ehtiyacı olan insanlar faktoruna da diqqət yetirilir. Yəni bu kimi qərarlar məqbul
hesab edildiyi zaman qəbul edilir”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler