Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Siyasi partiyaların fikirleri beraber işıqlandırılmalıdır” -Əli Hesenov

31 Ağustos 2016

7:36 am


31/08/2016 [11:32]: xeber –
Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə “Referendum prosesində referendumqabağı təşviqat mərhələsi, KİV-in bu prosesdə rol və vəzifələri” mövzusunda konfrans keçirilib.sayt xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, referendumla bağlı təqvim planı hazırlanıb və fəaliyyətini davam etdirir:”Artıq üç təşviqat qrupu qeydiyyatdan keçib. Bu günlərdə təşviqata başlayacaqlar. Seçkilərdə əsas rol KİV-lərin üzərinə düşür. Tədbirin lazımi səviyyədə beynəlxalq qurumlara çatdırmayanda biz uduzmuş olarıq. Biz əsas tərəf müqabilimiz KİV-lərdir”. ***Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan seçki və referendum keçirilməsi ilə bağlı böyük təcrübə qazanıb: “İlk dəfə 2002 və 2009 cu ildə referendum keçirilib. İndi də növbəti dəyişikliklər layihəsi təqdim olunub.İstər aparıcı qərb dövlətlərinin, istərsə də qonşu dövlətlərin təcrübəsi göstərir ki konstitusiya dəyişiklikləri zamanla baş verir. Bu ili Azərbaycan prezidenti iqtisad islahatlar ili elan edib. Bu istiqamətdə xeyli iş görülüb.Seçki və referendumların keçirilməsinə məsul olan MSK bu illər ərzində öz təsdiqini tapıb. Qarşıdakı referendum seçkisini də peşəkar səviyyədə keçirəcək. Media qurumları təklif edilən dəyişikliklər layihəsinin izahını ictimaiyyətə dolğun şəkildə çatdırmalıdır. KİV-in bununla bağlı hüquqları Seçki Məcəlləsində öz əksini tapıb. KİV nümayəndələri istənilən məntəqədə seçkini izləyə bilərlər.Bu aksiyaya tənqidi münasibət bildirən siyasi partiyaların fikirləri də bərabər şəkildə işıqlandırılmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bəzi opponentlərimiz tərəfindən dövlətimizin imicinə zərər yetirən materialların yayılmasının şahidi oluruq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler