Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şirvani, Qevaid ve Nevvabın İmam Hüseyn haqqında fikirleri – LAYİHƏ

14 Ekim 2016

11:36 am


14/10/2016 [15:34]: xeber –
sayt “Məhərrəmlik ayı” layihə çərçivəsində dördüncü yazını təqdim edir. Bu yazıda S.Ə.Şirvani, Ə.Qəvaid və M.M.Nəvvabın İmam Hüseyn (ə) haqqında fikirləri ilə tanış ola biləcəksiniz. Bundan əvvəlki yazını bu linkdən (http://www.moderator.az/news/154484.html) oxuya bilərsiniz. Qeyd edək ki, AMEA Fəlsəfə İnstitutunun aparıcı  elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərovla birlikdə gerçəkləşdirdiyimiz layihə çərçivəsində Azərbaycanın klassiklərinin, görkəmli mütəfəkkirlərinin Məhərrəmlik ayı ilə bağlı vaxtilə qələmə aldığı fikirləri silsilə şəkildə təqdim edirik:”Məhərrəmlik, yaxud da Aşura gününün hansı şəkildə və ya formada qeyd edilməsi, İmam Hüseynin (ə) şəhadət yolununun mənasının dərki ilə bağlı XIX-XX əsrlər Azərbaycan mütəfəkkirlərindən S.Ə.Şirvani, Ə.Qəvaid və M.M.Nəvvab da maraqlı mülahizələr və fikirlər irəli sürmüşlər. Bu məsələ ilə bağlı, bəzən onlar arasında müəyyən fikir ayrılıqları da olmuşdur. Belə ki, Seyid Əzim Şirvani və Əhsənül-Qəvaid məhərrəmlik mərasiminin müsəlmanların İmam Hüseynin (ə) şəhadət yolunun mənəvi-fəlsəfi mənasını dərk edərək qeyd etməyin tərəfdarı olduğu halda, Mir Möhsün Nəvvab bir qədər onlardan fərqli yol tutmuşdur. Məsələn, Əhsənül-Qəvaid məhərəmlik, Aşura günü ilə bağlı yazırdı ki, bu mərasimi baş yarıb, zəncir vurub qan çıxartmaqla keçirmək islama və şəriətə ziddir. Onun fikrincə, ilkin islamda belə ağla zidd qanunlar olmamış,  bütün bunlar sonralar meydana çıxmışdır: «Neçə il bundan əqdəm bir şəxs təsəvvür edib ki, insan ağ kəfən və qan görəndə ziyadə riqqət bəhəm edib ağlar. Bu mülahizə ilə bir neçə nəfər başların tiği-dəllak ilə 4-5 yerdən cızıb, boyunlarına ağ kəfən salıb, sinəzənlik ilə təkaya və məsaciddə bu lisan ilə növbə ediblər ki, kaş aşura günü biz o aləmdə olaydıq və boynumuza kəfən salıb, qanımızı imam yolunda tökəydik». Qəvaidə görə, beləliklə, əlinə qəmə, qılınc alıb öz başını çarpmaq hünər və iftixar, qəhrəmanlıq və cürətkarlıq hesab olunub. Onun fikrincə, indi düşünmək lazımdır ki, məhərrəmlikdə bu cür hərəkətlər etmək qəhrəmanlıq və cürətkarlıq, yoxsa nadanlıq və avamlıqdır. Qəvaid özü belə nəticəyə gəlir ki, heç bir elmli və savadlı müsəlman məhərrəmlikdə bu cür hərəkətlərə yol verib İmam Hüseynin (ə) şəhadətinə xələl gətirə bilməz. Çünki belə hallar ağla uyğun olmadığı kimi, islam qayda-qanunları baxımından da haramdır. Qəvaid yazırdı: «Bu qism təziyədarlıq şəriətdə varid olmadığına daxili-bidətdir və bidət haramdır. Hökmi-şər budur ki, hər əməli-müstəhəbə iqdam etmək feli-haram, ya tərki-vacibə bais ola, o müstəhəb əməlin özün tərk etmək vacib olur. Necə ki, insan heç vəch ilə bir qeyri adama əziyyət edə bilməz, həmçinin öz bədəninə betəriqi-ovla əziyyət edə bilməz və əgər etsə, gərək hakim ona tənbeh eləsin». Bu baxımdan insan öz bədəninə də əziyyət verməməlidir və əgər verirsə islami baxımdan da doğru deyildir. Bu mənada Qəvaid hesab edirdi ki, məhərrəmliyi bu cür həyata keçirməklə müsəlmanlar özlərini başqa xalqların yanında rüsvay edirlər. Onun fikrincə, alimlərin və hakimlərin öz bədənlərinə zərər yetirənlərə göz yumması isə təəccüblüdür.Mir Möhsün Nəvvab hesab isə Qəvaidə cavab olaraq yazırdı ki, İmam Hüseyn (ə) yolunda baş yarıb qan tökmək müsəlmanlar üçün ən savablı əməllərdən biridir. Bu baxımdan bir müsəlmanın İmam Hüseynə (ə) sevgi əlaməti olaraq başını yarması onun ağılsızlığına, nadanlığına dəlalət edə bilməz. Nəvvabın fikrincə, peyğəmbər övladının yolunda zəncir vuranlar, baş yaranlar bunu hansı məqsədlə həyata keçirdiklərini çox gözəl dərk edirlər: «Ağıllı şəxslərin baş çarpmağa mübaşir olmamağı aşkar böhtandır, bəlkə əla və ədnadan hərə bir tövr mübaşir olur. Bir parası baş çarpır, bəzi təbl ya sinc çalır, bəzi sinəzənlik edir. Qərəz, hər kəs öz əhvalına münasib bu əhvalata şərikdir». Nəvvabın bu fikirləri ilə qətiyyən razılaşmayan Ə.Qəvaid ona cavab olaraq yazırdı ki, məhərrəmliyə, Aşura gününə münasibətdə əqldən çıxış edənlərin bədxahlıq, əksinə mühafizəkar mövqedə duranların isə xeyirxahlıq tərəfdarı kimi dəyərləndirilməsinin heç bir əsası yoxdur: «Qardaş boş söz danışmaqdan fayda yoxdur, gərək əsbabi-tərəqqi və izzət fərahəm gətirmək. Əsbabi-zillət həmişə nadanlıq dövlətindən mövcuddur. Xalqa bədguluq etmək nə lazım? Əgər əql və elm sahibisən, bax şəxsin sözünə, əgər sənin nəfüvə danışır əxz elə və əgər boş danışır, burax başını, səndən ki, bir zad istəmir».19-cu əsrin müasir ruhlu Azərbaycan şair-mütəfəkkiri Seyid Əzim Şirvani də məhərrəmlik mərasiminə, o cümlədən İmam Hüseynin (ə) şəhadət yoluna münasibətdə M.M.Nəvvaba etiraz edərək Ə.Qəvaidin fikirlərinə isə qatılaraq yazırdı ki, məhərrəmlikdə baş yarılması, zəncir vurulması ilə bağlı şəriətdə hökm yoxdur. Onun fikrincə, əgər məhərrəmlikdə müsəlmanların özlərinin qanlarını tökməsi ilə bağlı müddəa olsaydı, ilk növbədə buna tanınmış din alimləri əməl edərdilər: Heç eşitdinmi çapıb başını imami-Cəfər? Ya ki Museyyi Riza, Əskəriyyi-xəstə¬cigər, Biz¬dən onlar məgər öz cəddini az istərlər? Niyə bəs vermədilər bu işə fərman əxəvi!Bu yəqnimdir əgər olsa özü zində imam,Hökm edər: çarpma başın, nəhydi bu feli-həram.Yenə hər il çarpacaq başını bu qövmi-əvam,Demə kim, tərki-təbiət ola asan, əxəvi!Bununla da Seyid Əzim hesab edirdi ki, bəzi müsəlmanların məhərrəmlikdə baş yarıb, zəncir vurub qan tökmələri İmam Hüseynə (ə) olan sevgilərindən daha çox buna artıq adət etmələridir. Yəni bəziləri artıq məhərrəmliyi bu formada qeyd etməyi bir adət halına salıblar. Ona görə də, öz cahilliklərindən və avamlıqlarından ibrət dərsi ala bilmirlər. Seyid Əzim yazırdı:Doğrudur, baş çapırıq biz dəxi cəmiyyət ilə,Bunu lazımdır həlal eyləməyə hüccət ilə,Nə olur bir göz açıb baxmaq işə ibrət ilə,Bəlkə yoldan çıxarıbdır bizi şeytan, əxəvi!Ümumiyyətlə, S.Ə.Şirvani Qəvaid kimi o fikrin tərəfdarı idi ki, İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasının fəlsəfi-mənəvi mahiyyətini dərk etmək və ondan şüurlu şəkildə nəticə çıxartmaq lazımdır. Bu şüurlu nəticə isə ondan ibarətdir ki, müsəlmanlar İmam Hüseyn (ə) kimi xoşniyyət, himmətli və ümmətsevər olmalıdır. Başqa sözlə, İmam Hüseyn (ə) yolunda qan töküb divanəlik etməkdənsə onun şəhadət yolunu davam etdirmək və o ucalığa qovuşmaq uğrunda mübarizə aparmaq lazımdır. Bu baxımdan Seyid Əzim Nəvvabın imam yolunda qan tökməyi savab əməl kimi qələmə verməsinə qarşı çıxırdı.M.M.Nəvab isə Ə.Qəvaid kimi Seyid Əzimi də İmam Hüseynin (ə) şəhadət yolunu dərk etməməkdə, hətta kafirlikdə belə ittiham etmişdir. Onun fikrincə, Seyid Əzim Kərbəla faciəsini dərk edə bilmədiyi üçün, imam yolunda qan tökməyin mahiyyətini anlamamışdır. Nəvvab yazırdı:Aç bəsirət gözünü şahi-şəhidanə tərəf,Baxgilan Kərbübəla səmtinə meydana tərəf.Məhliqa canları gər tiği-cəfa ilə tələf,Gör ki, sən də olusan  qanına qəltan, Əzim.Nəvvabın fikrincə, S.Əzim o vaxt Kərbəla müsibətini anlayar ki, onun kimi imam yolunda baş yarıb qanını tökərdi, qəmlə göz yaşı axıdardı və nəhayət, cəddini tanımış olardı:Dəxi bihudə danışma sən, əya, paki-nihad,Eylə Nəvvab kimi nəfsi-zəlumilə cihad,Qəmlə qan-yaş axıt, eyləgilən cəddini yad,Nariza olmaya, ta şahi-şəhidan, Əzim.Seyid Əzim isə Nəvvabın bu həcvinə cavab olaraq yenidən yazırdı ki, ağlamaqla, qan tökməklə nə cəddini tanımaq, nə də Kərbəla müsibətini anlamaq mümkündür.Kim deyir ağlama sən Kərbübəla sərvərinə?Canımız cümlə fəda olsun onun Əkbərinə,Ağladı ərzü səma təşnə ölən Əsgərinə,Onu inkar edənin zatına lənət, Hadi!Leyk siz bir para büdətlər edibsiz iycad,Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!Sizə bu təziyədən özgə həvəslərdi murad,Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! Seyid Əzim doğru olaraq yazırdı ki, baş yarıb qan tökməyi, zəncir vurmağı, qəmlə göz yaşı axıtmağı imam yolunda savab sayanlar, ancaq nədənsə ac və kimsəsiz müsəlmanlara öz mallarından Kərbəla şəhidinin ehsanı kimi pay vermirlər. Yalnız quru baş yarmaq, göz yaşı axıtmaqla kifayətlənirlər. Seyid Əzimin fikrincə, bütün bunları onu göstərir ki, bəzi müsəlmanlar üçün İmam Hüseynin (ə) yolu ya aydın deyildir, ya da onlar bundan xəbərdar olsalar da özlərini qanmazlığa vurur və şəxsi maraqlarından çıxış edirlər. S.Ə.Şirvani yazırdı:Bu deyilmi qərəzin başuvi sən çapmaqdan,Yəni ki, canımı cananə edərdim qurban.Maluvi bəs nə üçün eyləməyirsən ehsan?Quru baş çapamağa sən etmisən adət, Hadi!Göründüyü kimi, məhərrəmliyə, Aşura gününə münasibətdə Azərbaycan ziyalıları arasında müəyyən dərəcədə fərqli fikirlər olmuş, hər bir mütəfəkkir Kərbəla müsibətini özünəməxsus şəkildə dəyərləndirməyə çalışmışdır. Şübhəsiz, bu məsələ ətrafında gedən mübahisələrdə İmam Hüseyn (ə) yolunda baş yarıb, zəncir vurub qan çıxaranlar deyil, onun şəhadət yolunu ağılla dərk edib ondan nəticə çıxartmaq istəyənlər – Seyid Əzimlər, Əhsənul-Qəvaidlər doğru yolda olmuşlar”. Davamı var…Layihənin müəllifi: Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler