Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şirvandakı herbi zavod terror aktı neticesinde partladıla bilermi?

27 Temmuz 2016

6:48 am


27/07/2016 [10:44]: xeber –
Məlum olduğu kimi, dünən
Şirvandakı hərbi zavodda baş verən partlayış nəticəsində iki nəfər dünyasını dəyişib,
ondan çox şəxs yaralanıb. Hələlik partlayışın konkret nədən baş verdiyi dəqiq bəlli
olmasa da, partlayışla bağlı yaradılan komissiyanın yaxın günlərdə bu məsələyə
aydınlıq gətirəcəyi ehtimal edilir.

Maraqlıdır, hərbi
zavoddakı partlayış terror aktı nəticəsində meydana gələ bilərmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bu ehtimalın
da digər ehtimallar kimi  araşdırılması gərəkdiyini
vurğuladı:

“Terror aktları dünyanın
bir çox ölkələrində baş verir. Amma Azərbaycanda hələ bu cür hadisələrin
işartıları görünmür. Dünyada baş verən hadisələrlə bağlı hər şey gözləmək olar
və düşünürəm ki, hüquq-mühafizə orqanları hadisəni araşdıran zaman
versiyalardan biri də kənar müdaxilə ehtimalı olmalıdır. Hələlik bunun
işartılarını görmürəm. Ancaq bütün hallarda bu, düşündürücü məsələdir. Dünya elə
bir inkişaf mərhələsinə çatıb ki, bu cür olaylar kiminsə kimdənsə xoşu gəlmədiyi
təqdirdə belə törədilə bilir. Bütövlükdə isə bu olay həm mərmilərin özlərində
gedən müəyyən eraksiyalar, həm istilik, həm kənar müdaxilə, həm də digər amillər
səbəbi ilə baş verə bilər. Bu məsələ hərtərəfli araşdırlandan sonra konkret
fikir bildirmək olar.

Azərbaycanda güclü mütəxəssislər
olmadığı üçün bu cür hadisələrin bəzən dəqiq səbəbləri müəyyən edilmir. Obyektiv
nəticəyə qədər araşdırmalar aparılmır. Bəzən buna siyasi sifarişlər imkan
vermir. Bu, Azərbaycanın ən ciddi problemidir. Ümid etmək istərdik ki, bu məsələdə
belə olmayacaq və işin obyektiv araşdırılması təmin ediləcək”.

 

Seymur Əliyev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler