Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şirvanda Merdan Camalovsayağı abadlaşdırma – FOTO

28 Temmuz 2016

5:52 pm


28/07/2016 [21:48]: xeber –
Şirvan şəhərində yerləşən “Heydər parkı”nda anoloqu olmayan yenidənqurma işləri aparılması ilə bağlı məlumat əldə etmişik… sayt-a məlumat verən Şirvan şəhər sakinlərinin sözlərinə görə, hələ ötən il parkda yenidənqurma işləri həyata keçirilib. Skamyalar quraşdırılıb, yerə daşlar döşənib. Bütün bu işləri isə Şirvan Şəhər İcra Hakimiyyəti həyata keçirib. Qurum artıq növbəti dəfədir ki, parkda təmir-yenidənqurma işləri həyata keçirir. Oxucumuz redaksiyamıza fotosübut da göndərərək parkdakı son durumu diqqətə çatdırıb. Fotodan göründüyü kimi ötən il parka döşənmiş daşların üzərinə yeni daşlar vurulmaqdadır. Şəhər sakinləri bildirir ki, İcra Hakimiyyəti bunu etməklə prezidentin hər il rayona ayrdığı milyonlarla manatı büdcədən silir…Redaksiyadan: Şirvan sakinləri icra başçısına qarşı böyük haqsızlıq edirlər. Mərdan Camalov gözütox adama oxşayır və müdafiə sənayesi naziri Yavər Camalov kimi qardaşı olan bir icra başçısı dövlətin bir qara qəpiyinə də göz dikməz. Əslində dünən Şirvanda hərbi təyinatlı zavodda baş verən partlayış da çox güman ki, Yavər Camalovu gözü götürməyən qüvvələrin fitnəsinin nəticəsidir. Hər halda doğrusunu Allah bilir və araşdırma aparası olsa istintaq biləcək…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler