Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sirli Maya elyazmasının saxta olmadığı sübut olundu

14 Eylül 2016

8:44 am


14/09/2016 [12:40]: xeber –
sayt xəbər verir ki, ABŞ-lı elm adamları Grolier Kodeksi kimi tanınan dünyanın ən nadir və qədim kitablarından olan Maya əlyazmasının saxta olmadığını sübut edib.Qeyd edək ki, qədim Maya əlyazması 1960-cı illərdə Meksikanın Chiapas əyalətində bir mağarada məzar soyğunçuları tərəfindən tapılmışdı. Amma əlyazma ilk dəfə 1971-ci ildə New Yorkdakı bir kitabsevər birliyinə aid Grolier adlı xüsusi bir klubda tanıdılmışdı.  Mütəxəssislər uzun müddət əl yazmanın sahibi olan zəngin meksikalı kolleksiyaçı Josu Senzin dediklərinə şübhə ilə yanaşmışdı.Onu da xatırladaq ki, indiyə qədər ən qədim əlyazma kimi 13-ci əsrə aid amatl kağızından istifadə edilmiş Grolier əl yazması qəbil edilirdi. Olduqca zərər görmüş 10 səhifədən ibarət kodeks üzərində aparılan radiokarbon analizlər Grolier əlyazmasının digər əlyazmalarından daha qədim tarixə aid olduğunu ortaya qoyurdu. Ancaq Braun Universitetindən professor Stefan Hyustonun rəhbərlik etdiyi qrupun həyata keçirdiyi yeni tədqiqat Maya əlyazmasının həqiqət olduğunu təsdiqləyib. Hyuston tədqiqat haqqında bunları deyib:  “Saxta sənədlər hazırlayan şəxslərin ən azından bir səhv etməsi lazımdır. Ancaq maya əlyazmasında heç bir ikonoqrafiya səhvinə rast gəlmədik”. Əlyazmaları yenidən araşdırıb bütün şübhələri bir-bir gözdən keçirmək qərarı aldıqlarını bildirən Hyuston “Kitabın surətini çıxarırıq. Grolier əl yazmasının həqiqət olduğuna dair heç bir şübhə yoxdur. Gəldiyimiz nəticələr dünyanın ən nadir tapıntılarından biri və antik Amerikanın ən erkən kitabı olan Dördüncü Maya Əl Yazmasının doğruluğunu təsdiqləyir. Bu əlyazma qalan yeganə Maya kitabıdır” deyə əlavə edib. Venera planetinin hərəkətlərini göstərən bir proqramdan ibarət əlyazmanın 104 illik bir prosesi əhatə etdiyini və ən az üç nəsil ərzində keşişlər tərəfindən istifadə edilmiş ola biləcəyini qeyd edən amerikalı professor daha sonra bunları əlavə edib: “Kodeksin həqiqət olduğuna tam əminik. Daha əvvəl səslənən proqnozlar tərəfimizdən alt-üst edildi. Kitabın mahiyyətinə və əhəmiyyətinə dair daha ətraflı hesabat verə bilmek üçün daha çox çalışmağımız lazımdır”.  Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler