Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şimion Peresden ölümqabağı Putine simarış: ________________________________ “Amerika qalib gelecek”

05 Ekim 2016

3:56 pm


05/10/2016 [19:55]: xeber –
Mən ona dedim: Sizin 63 yaşınız var, mənimsə 93. Deyin, Siz yaxın 30 ildə nəyə nail olmaq istəyirsiniz? Nəyin uğrunda mübarizə edirsiniz? Siz əminsiniz ki, Amerikanı hirsləndirəcəksiniz?O deyir: Yox.Amerika Rusiyanın bir hissəsini ələ keçirmək istəyir? Yox. Sizin Obamayla bir-birinizi anlamamaq probleminiz varmı?O deyir: Nə üçün soruşursunuz? Mən: Qulaq asın, mən casus deyiləm, mənimlə hər şey haqqında danışa bilərsiniz.O: Siz nə fikirləşirsiniz?Və mən dedim: Sizin nə etmənizdən asılı olmayaraq, Amerika qalib gələcək.Nə üçün?- soruşduONA GÖRƏ Kİ, ONLAR XOŞBƏXTDİRLƏR, SİZSƏ YOX.Mən davam etdim.Amerikalı yuxudan duranda, o nə görür? Cənubda Meksikanı və onlar meksikalıları öz ölkələrində qəbul edirlər. Şimalda Kanadadır, onlar dünyada ən yaxşı dostlardır. Sağında, solunda da suda balıqlar üzür. Obama nədən narahat olmalıdır? Siz.., sizsə yuxudan oyanırsınız.., qonşuluqda kim var? Yaponiya, Çin, Əfqanıstan? Ey, Allahım! Onlar bilirlər ki, Sizin çoxlu torpaqlarınız var və qonşulara bir qəpik də vermirsiniz. Dünyanın içməli suyunun 20 faizi Sizdədir, yenə heç nə vermirsiniz. Ona görə də, Sibirdə qar əriyən kimi, orda birinci kimi görürsünüz – çinliləri. Çünki şərqdə çinlilər ruslardan daha çoxdur.İkincisi, ona nə dedim:Amerikanın torpaqlarının ölçüsü ilə adamlarının ölçüsü arasında daha yaxşı mütənasiblik  var. Sizdə-çox pisdir. 20 milyon kvadrat kilometr. Allahım! Amma, Sizdə buna uyğun sayda  adam yoxdur. Sizin insanlar ölürlər. Adamların əl çalması və dediklərilə özünüzü aldatmayın. Onlar Sizi bağışlamayacaqlar. Niyə ruslar cəmi 62 il yaşayır, amma amerikalılar 82 il ömür sürürlər?Bu yerdə ona dedim: Siz özünüzü çar kimi aparırsınız.Dedim: Çarlar nə iş gördülər? Onlar vitrin kimi cəmi iki şəhər saldılar, Sankt Peterburqu və Moskvanı. Siz nə arzulasanız, orda taparsınız. Rusiyanın qalan hissəsi Nigeriya kimidir, sadəcə qarla örtülüb. Sizin insanlar qırılır.Siz onlara həyat verə bilmirsiniz.Elə fikirləşirsiniz ki, onlar Sizi bağışlayacaq? Bilirsiniz, Amerika niyə gözəldir?- ondan soruşdum.Ona görə ki, onlar bağışlayandırlar. Avropanın niyə problemləri var? Ona görə ki, onlar alandırlar. Amerika da verir. İnsanlar fikirləşirlər ki, onlar nədən belə əliaçıqdırlar. Mən düşünürəm, ona görə ki, onlar müdrükdürlər. Əgər verirsinizsə, Siz ətrafınıza dostları yığırsınız. Ən böyük investitsiya – dost qazanmaqdır.Amerika kişilik edib Marşall planı qəbul etdi, ÜDM-nin böyük bir hissəsini, bu canverən Avropaya verdi. Və bununla da, onlar göstərdilər ki, dünyada ən yaxşı investitsiya budur.İmperiya olmayan Avropa ölkələri Amerikada olmayıb. Amma, imperiyası olan fransızlar, ingilislər, portuqaliyalılar, hamısı orda idi. Və nə baş verdi? Onların hamısını qovdular və heç nəsiz qoydular! Hələ İngiltərə.., gündoğandan günbatana kimi ən böyük imperiya , bütün okeanlar əlində  .. və heç bir gücü olmayan hindlilər onları elə qovdular ki, əllərində üç balaca adadan başqa heç nə qalmadı, indi də heç bilmirlər ki,  bu adalarla nə etsinlər.Putinə dedim ki, mənə inanın,  düşmənlər və düşmənçilik həyatda ən böyük itkilərdir.Siz axmaqlığa investitsiya qoyursunuz.Tərcümə edən: İLHAM İSMAYIL


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler