Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şimali Koreya nüve sınağı keçirdi – 5,3 bal gücünde zelzele oldu

09 Eylül 2016

6:56 am


09/09/2016 [10:52]: xeber –
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) sayca 5-ci nüvə sınağını həyata keçirib. Bu barədə Cənubi Koreya rəhbərliyi bəyan edib. Məlumatda deyilir ki, Şimali Koreya lideri Kim Çen In indiyədək 5-ci nüvə  sınağını reallaşdırıb: “Sonuncu nüvə sınağı ən güclü təkanlarla qeydə alınıb. Nüvə sınağı nəticəsində Cənubi Koreyanın şimal-şərqində güclü zəlzələ meydana gəlib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi sözügedən nüvə sınağı zamanı zəlzələ ilə yanaşı böyük partlayışın da əmələ gəldiyini qeydə alıb. Peykdən əldə edilən görüntülər isə BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırılıb. Hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili toplantı çağırması gözlənilir”. Seul rəhbərliyi bəyan edib ki, Şimali Koreyanın sonuncu nüvə sınağı bu ilin yanvar ayındakı testdən iki dəfə güclü təkanlar yaradıb. Baş verən hadisəyə görə Cənubi Koreyanın lideri Park Geun-hye Laosda keçirilən Cənub Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) zirvə toplantısında iştirakını yarımçıq qoyaraq ölkəsinə qayıdıb. Hadisə ilə əlaqədar Yaponiyanın baş naziri Shinzo Abe də açıqlama verib. O deyib ki, Şimali Koreyanın bu cür təhdid yaradan nüvə sınağı əsla normal qəbul edilə bilməz. Yaponiya baş naziri radiasiyanın ölçülməsi üçün bölgəyə xüsusi təyyarə göndərildiyini söyləyib. Xatırladaq ki, ötən gün Şimali Koreya lideri Kim Çen In ölkəsinin 5-ci nüvə sınağının uğurla həyata keçirildiyini bəyan edib. ***Nüvə sınağının keçirildiyi poliqonda 4,8-5,3 bal gücündə zəlzələ meydana gəlib. Amerika Geologiya Xidməti zəlzələnin Rusiyanın Primorya diyarında da hiss olunduğunu bildirib. Cənubi Koreya prezidenti Pak Kın Xe və Yaponiya hökumətinin rəsmi nümayəndəsi Yesixide Suqa baş verənləri Şimali Koreya rəhbərinin “manyakal dəliliyi” adlandırıb.(modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler