Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şimal bölgesi xoş xeber intizarındadır

15 Ağustos 2016

2:40 pm


15/08/2016 [18:39]: xeber –
1998-ci ildə yaradılan ANS-in şimal bürosu yenə də bu telekanalın əsas prinsipinə- ölkə vətəndaşına dəqiq, qərəzsiz və vicdanlı xəbər çatdırmaq prinsipinə yetərincə əməl etdi. Və seçimində də yanılmadı.  Öz peşəsinin vurğunu olan, “təmiz əl” sahibi kimi tanınan “Qızıl Qusar” qəzetinin əməkdaşı Aytəkin Alxaslı bu büronun müxbiri təyin edildi. Bölgə sakinlərinin baxışları bu büroya yönəldi. Həmin çətin vaxtlarda insanlar ANS-dən çox şey gözləyirdilər. Ölkənin ağrılı-acılı problemləri, sabitlik üçün həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin apardığı siyasət barədə əsl həqiqətləri göstərməyi bu telekanaldan umurdular.  Ölkənin şimalında da mühüm proseslər gedirdi. Quruculuq işləri başlamışdı, lakin çətinliklər də az deyildi. Torpaq islahatı tam başa çatmamışdı, işıq, qaz və su problemləri vardı. Bundan istifadə edən bəzi separatçı qüvvələr və radikal dindarlar Azərbaycanın şimal qonşusu ilə münasibətlərini süni şəkildə gərginləşdirmək istəyirdilər, və s. Bütün bunları işıqlandırmaq kimi çətin və şərəfli bir vəzifəni ANS-in şimal bürosu öz üzərinə götürdü. Ötən 18 il ərzində ANS hər yerdə oldu. Bu telekanal bütün çətinliklərə rəğmən ölkə vətəndaşını şimal regionunda gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərlə tanış edə bildi. Elə məsələlər var ki, onlar barədə müfəssəl məlumat yaymaq çox vacib idi. Ölkədə gedən torpaq islahatı, Rusiya-Azərbaycan sərhədlərinin delimitasiyası, Xaçmaz rayonunda yerləşən və heç bir əsas olmadan Rusiyanın anklavları adlandırılan Xrax oba və Üryan oba kəndlərinin problemi, latın qrafikalı əlifbaya keçid, ölkə sərhədlərinin yenidən qurulması istiqamətində aparılan işlər, regionda radikal dindarlara qarşı aparılan mübarizə, Azərbaycan-Dağıstan xalqlarının dostluğunun möhkəmlənməsi üçün həyata keçirilən tədbirlər, bölgədə sosial infrastrukturun qurulması üçün görülən işlər, təhsil və səhiyyə problemləri və yüzlərlə belə məsələlər şimaldakı kameranın gözündən yayınmadı. Bu 18 ildə Aytəkin Alxaslının mobil nömrəsi qaynar xəttə çevrildi. Gecə də, gündüz də vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər bir kəsin üzünə açıq idi. Buzovu xəstələnən vətəndaşdan tutmuş, tez-tez qarşı tərəfə çevrilən məmurlaradək hamı şimaldakı kameranın “qonağı” olub. ANS sadəcə görünməyib, həm də göstərib. Dövlət başçısı İlham Əliyevin elə bir sərəncam və göstərişi olmayıb ki, ANS ölkə şimalında onun necə yerinə yetirilməsini təftiş etməsin. Azərbaycan polisinin şimal bölgəsində cinayətkarlığa qarşı apardığı mübarizə isə telekanalın menyusundan heç vaxt çıxmayıb. Ən əsası da budur ki, ANS Qarabağ uğrunda gedən savaşlarda şəhid olanları həmişə birinci yad edib. Şəhid ailələrinin üzləşdiyi problemləri də ictimailəşdirə bilib. Bu 18 ildə ANS məhz öz prinsipinə sadiqliyi ilə şimallıların ürəyində özünə layiqli yer tutub.  Ona görə də bu gün hamımız bu telekanalın tezliklə açılmasını, şimal bürosunun fəaliyyətə başlayacağı günü səbrlə gözləyirik. İnanırıq ki, özünü xalqın bir nömrəli xidmətçisi sayan hörmətli prezidentimiz cənab İlham Əliyev bizlər intizarda qoymayacaq. Hamımızı sevindirəcək ilk xəbəri ölkənin birinci şəxsindən eşidəcəyik.   Kamran MəmmədovXaçmaz rayon sakini, iqtisadçı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler