Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Silahlı Qüvvelerde irimiqyaslı telimler başlayıb

12 Kasım 2016

6:48 am


12/11/2016 [10:48]: xeber –
Təlimlərə 60 minədək şəxsi heyət cəlb olunub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq.Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler