Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Silahlanmamız davam etdikce Rusiyanın büdcesine böyük pullar daxil olur”

17 Ekim 2016

1:56 pm


17/10/2016 [17:52]: xeber –
Putin bir yandan İrəvandakı toplantıdan sonra bəyan edir ki, Qarabağ məsələsi yalnız sülh yoluyla həll edilməlidir, ancaq o biri yandan da “İsgəndər”lərin ardınca Ermənistana yeni “uzaqvuran və dəqiq silahlar” göndərir. Politoloqlar və diplomatlar buna “ikili standartlar” siyasəti deyirlər. Bəs belə bir siyasəti yürütməkdə məqsəd nədir? Putin nəyə nail olmaq istəyir?Əvvəlcə onu qeyd etmək lazım ki, İrəvanda KTMT-in ötən həftə keçirilmiş sammitinin yekunlarına əsasən Moskva və İrəvan Ermənistana yeni silah təchizatına dair razılaşma əldə ediblər.Bu faktı Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan hərbi ekspert Sergey Minasyan da təsdiqləyir. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində ilk növbədə hərbi-texniki sahədə ciddi irəliləyişlər var. “Kifayət qədər ciddi silahların verilməsinə dair razılaşma əldə olunub. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələri uzaqvuran, yüksək dəqiqlikli silahlar alacaq. Silahlar yaxın günlərdə Ermənistana daxil olacaq. Biz bu razılaşmanın reallaşmasını yaxın günlərdə görəcəyik”Erməni politoloqun sözlərindən belə çıxır ki, biz bu günlərdə növbəti dəfə Rusiyanın Ermənistana silah verəcəyini izləmək zorunda qalacağıq. Yeri gəlmişkən, bundan bir müddət öncə prezident Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirdi ki, Ermənistana “İsgəndər” raketlərinin verilməsi Azərbaycan üçün sürpriz olmamalıdır. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir, müttəfiqlik çərçivəsində hansı silahlar lazımsa Ermənistana verilir.Biz həqiqətəndəmi məsələyə Yuri Uşakovun məsləhət verdiyi kimi, yəni soyuqqanlılıqla və guya ki heç nə baş verməyibmiş kimi yanaşmalıyıq ? Uşakov öz açıqlamasını və məsləhətini getsin öz başının altına qoysun. Rəsmi Bakının Uşakovun “yastıq”larına ehtiyacı yoxdur. Və düşünürəm ki, rəsmi Bakı bu məsələni tezliklə Kremlin başbilənləri qarşısında qaldıracaq.Azərbaycan hakimiyyəti prosesləri diqqətlə izləyir. Kremlin məqsədi isə gün kimi aydındır. Ermənistan durmadan silahlandırılırsa, təbii ki, Azərbaycan da buna cavab olaraq yeni və daha effektiv silahlar almalıdır ki, hərbi güc balansı Ermənistanın xeyrinə dəyişməsin. Ancaq bu isə son nəticədə nə bizim, nə də ermənilərin xeyrinə deyil. Bu işdən xeyir götürən tərəf yalnız Rusiyadır. Rusiya münaqişənin həllini qəsdən uzadır və hər iki tərəfin silahlanmasına bilərəkdən şərait yaradır. Silahlanmamız davam etdikcə Rusiyanın gündən-günə boşalan büdcəsinə məhz bizim və ermənilərin hesabına böyük pullar daxil olur. Və bu da Rusiyanın ayaqda qalmasına, eyni zamanda da həm Suriyada, həm də Ukraynada (Donetskdə) hərbi əməliyyatlar aparmasına şərait yaratmış olur.Bütün bunlar isə bir daha onu təsdiqləyir ki, hər bir ölkənin hakimiyyəti yalnız öz ölkəsinin maraqlarını düşünərək siyasət yürüdür. Bu mənada, Kreml üçün Azərbaycan və ya Ermənistanın maraqları yox, Rusiyanın maraqları daha önəmlidir. Biz də məhz bu amili nəzərə alaraq Rusiya ilə üzdə diplomatik nəzakət çərçivəsində davranmalı, reallıqda isə Rusiyanın bizdən öz maraqları üçün istifadə etməsinə, Anadolu türkləri demişkən, bizi kullanmasına yol verməməliyik.Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler