Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sıfırdan gelib Bill Qeytsi keçen fehle kimdir? -Dünyanın en varlısı deyişdi

20 Eylül 2016

11:28 am


20/09/2016 [15:27]: xeber –
Bir dəmiryolu fəhləsi oğlunun dünyanın ən varlı insanı olmasının hekayəti.Hər nə qədər dünya onu qısaca olaraq “Zara” geyim brendinin müəllifi kimi tanısa da, Amansi Orteqa (Amancio Ortega) həmçinin”Massimo Dutti”, “Pull & Bear”, “Bershka”, “Oysho” kimi bir çox markanın da sahibidir. Və o, fəhləlikdən milyarderə çevrilən biridir… Orteqa 79,5 milyard dollarlıq sərvəti ilə ötən həftə “Microsoft” şirkətinin sahibi Bill Qeytsi geridə qoyaraq dünyanın yaşayan ən varlı insanı ünvanını əldə etdi. Əzm dolu və motivasiya edici bu hekayəti sizlər üçün hazırladıq.Orteqa 1936-cı ildə ispan bir dəmiryolu fəhləsinin oğlu olaraq dünyaya göz açır.Dörd uşağın ən kiçiyi olan Orteqa 14 yaşında atasının işi ilə əlaqədar La Korunaya köçmək məcburiyyətində qalır. Orteqa burada yerli köynək istehsalçısında fəhlə kimi iş həyatına başlayır.Burada eyni zamanda dərzilik öyrənən Orteqa qısa müddət sonra ailəsiylə birlikdə kiçik bir dərzi otelyesi açır.Burada əl istehsalı geyimlər tikməyə başlayır, ehtiyac duyduqca isə tikiş bilən qadınları da bu işə cəlb edir.Kiçik bir ailənin ilk cəhdi kimi başlayan həmin bu dərzi otelyesi illər sonra İspaniyanın moda sahəsindəki ən böyük firması olaraq tarixə düşəcək…Nəhayət, 1975-ci ildə o zamankı həyat yoldaşı Rosalia ilə birlikdə “Zara” adlı marka yaradaraq elə həmin il İspaniyadakı ilk “Zara” mağazasını da açırlar.Marka getdikcə böyüməyə və populyarlaşmağa başlayır. Bəs Orteqanın işini belə bir sürətlə böyüdən strategiyası nə olmuşdu?”Zara” son dəb geyimlər təqdim etdiyi halda orta sinif gəlir səviyyəsinə xitab edirdi. Yəni strategiya bu idi: Podiumda, “moda həftələrində” görünən və əlçatmaz olan bütün model geyimləri imitasiya edir, münasib qiymətə satırdı.Hazırda 79.5 milyard şəxsi sərvətə malik olan Orteqa dünyanın pərakəndə geyim bazarının 50%-dən çoxuna nəzarət edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler