Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şeytana daş atma merasimine mehdudiyyet qoyuldu 

31 Ağustos 2016

11:20 am


31/08/2016 [15:18]: xeber –
Səudiyyə Ərəbistanında bu ilki Həcc ziyarətində izdiham yaşanmasının qarşısını almaq məqsədilə şeytana daş atmaq mərasiminin müddətinə məhdudiyyət qoyulub.     sayt xəbər verir ki, Səudiyyə Ərəbistanı ötən il meydana gələn izdihama və 2 mindən çox insanın həyatını itirməsinə səbəb olan faciənin təkrar baş verməməsi üçün ciddi tədbirlər görür. Səudiyyə Ərəbistanı mediasında yer alan xəbərlərə görə, bu tədbirlər çərçivəsində şeytana daş atmağın vaxtı məhdudlaşdırılıb. Bu il şeytan daşlaması 11 sentyabrdan etibarən başlayaraq 3 gün ərzində baş tutacaq. Mərasim həmin günlər ərzində ancaq müəyyən edilmiş saatlar çərçivəsində həyata keçiriləcək. Belə ki, şeytana ilk gün səhər saat 06.00 ilə 10.30 arasında, ikinci gün 14.00ten 18.00e və son gün səhər saat 10.30 ilə 14.00 arasında daş atılacaq.  Həcc ziyarətinə yollanan 1,5 milyon əcnəbi zəvvarı daşımaq üçün 18 min avtobus,  696 ədəd də yeni maşın ayrılıb.  Məkkə Bələdiyyəsi 23 min 50 personalın, mövsümi işçilərin və digər könüllülərin həcc zamanı zəvvarlara xidmət göstərəcəyini açıqlayıb. Məkkə və müqəddəs yerləri təmizləmək üçün təxminən 600 elektrikli süpürgə ilə 13 min təmizləyici alətlərdən istifadə ediləcək.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler