Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şeytan xisletli elm adamlarının  DƏHŞƏTLİ TƏCRÜBƏLƏRİ 

09 Eylül 2016

12:00 pm


09/09/2016 [15:59]: xeber –
sayt elm adamlarının tarixə düşmüş dəhşətli təcrübələrini təqdim edir. Beyinin nəzarətini ələ keçirir 1960-cı illərdə nevropotoloq Jose Delgado vəhşi bir buğanın beyninə elektrik titrəmələri yaradan və uzaqdan idarə edilə bilən bir növ kompyuter çipi yerləşdirir. Arenaya çıxarılan azğın buğa Delgadoya hücum etmək üçün qaçmağa hazırlaşarkən Delgado buğanın beynindəki elektrodlara siqnal göndərərək hücum etməsini mane olur və buğanı qismən nəzarət altına alır. Buğanın beyninə yerləşdirilən bu kompüter çipi arzuolunmaz hərəkətlərdən duyğu nəzarətinə, qədər çox geniş bir nəzarət funksiyasını təmin edirmiş.Ölüləri dirildir Kaliforniya Universitetindən Robert Cornish 1930-cu illərdə ölənləri diriltməyin bir yolu olduğuna inanır. Bu həll yolu qanın kimyəvi qarışıqlarla bir yelləncəkdəymiş kimi aşağı, yuxarı doğru axıdılması idi. Robert bu üsulla ölüləri yelləncək texnikası ilə həyata qaytarmağa çalışır. Bəzi ölülər ağır beyin zədəsi, şüursuzluq və korluqla həyata qaytarılsalar da, çox yaşamadan yenidən ölürlər. Cornish təcrübəni bir qrup it üzərində həyata keçirmək üçün öncə iki iti boğaraq öldürür və bu itlərin damarlarına adrenalin və laxtalanmanı önləyici bir qarışım yeridir.Heyvana LSD peyvəndi edir1962-ci ildə Oklahoma Universitetindəki tədqiqatçılar 14 yaşlı Tusko adlı bir filə insana aid LSD peyvəndinin 3000 dəfə artığını vurur. Tibbdə ən təsirli narkotiklərdən biri olan LSD-nin təsiri ilə fil qəribə səslərlə qışqırmağa başlayır. Öz ətrafında 1 saat dövrə vuran fil dözməyib yıxılır və titrəyərək ölür.Cinsi instinkti artırırPensilvaniya Ştatı Universitetinin hind quşlarının cinsi həyatını araşdıran  tədqiqatçıları canlı kimi görünən dişi bir hind quşunun maketini erkək hind quşlarının qarşısında parçalara ayırırlar. Modeldən geriyə yalnız dəyənəyin üstündə olan saxta bir dişi hindi quşunun başı qalır. Amma bu vəziyyət erkək hind quşlarını uzaqlaşdırmır, əksinə, çox daha meylli hala gətirir. Hind quşları cütləşərkən dişinin ən çox başını gördükləri üçün erkək hind quşuna dişi hind quşunun başı bədənindən daha cəlbedici gəlir.Üz ifadələrini öyrənirPsixoloq olan Carney Landis 1924-cü ildə bütün insanların çaşqınlıq və ya ikrah kimi duyğulara eyni sifət ifadələri ilə reaksiya verib vermədiyini öyrənmək istəyir. Bunun üçün  Landis bir qrup könüllünü laboratoriyasına gətirir. Daha sonra əzələ hərəkətlərini düzgün şəkildə müşahidə etmək üçün könüllülərin üzlərinə yanmış şüşə ilə xətlər çəkir. Daha sonra onlara amonyak qoxladır, caz musiqisi dinlətdirir, cinsi əlaqələrə baxdırır, əllərini qurbağa dolu bir səbətə saldırır və nəhayət hər birinə canlı bir siçanın başını kəsməyi söyləyir. Əksəriyyəti psixoloqun dediklərini həyata keçirir. Nəticə olaraq itaətkar təcrübəçilər siçanların başlarını kəsərkən belə səciyyəvi üz ifadəsi göstərmirlər.Cəsədləri rəqs etdirirElektrikin insan bədənini titrətdiyini öyrənən Giovanni Aldini elektrik cərəyanıyla ölüləri diriltmə fikrinə düşür. Bu təcrübəni 1803-cü ildə arvadını və uşağını boğaraq öldürdüyü üçün edam edilən Corc Forsteinrin cəsədi üzərində sınaqdan keçirib. Ölü qatilin öncə çənəsi sürətlə titrəməyə başlayıb, əzələləri nəzarətsiz bir şəkildə hərəkətə keçib, bir gözü açılıb və sağ qolu qalxıb.İosif Mengelenin qan donduran təcrübələriBir insan ən çox nə qədər şeytanlaşa bilər? Bax bu sualın cavabı alman həkimi İosif Mengeledədir. Ölüm mələyi adlandırılan İosif Mengele İkinci Dünya Müharibəsi zamanı düşərgələrdə saxlanılan əsirlər üzərində alman əsgərlərin vəziyyətlərinin başa düşülməsi üçün müharibə yaralarına bənzər yaralar açır. Yaralara qazlı qanqrena və tetanoz kimi mikroblar yeridərək nəticələri müşahidə edir. Qadınları zorla QİÇS-in virusu daşıyan kişilərlə birlikdə olmağa vadar edir, rüşeymlər üzərində təcrübə aparmaq üçün hamilə qadınların qarınlarını parçalayır və genetik xarakterli bəzi kimyəvi testlər keçirir. Kişilərin cinsi orqanlarını xədim edir, kimyəvi maddələrlə qısır edir, penislərini kəsərək laboratoriyalarda təcrübə aparır. Alman əsgərlərinin paraşütlə təyyarədən tullananda yaranacaq təzyiqə nə qədər dözəcəklərini ölçmək üçün isə yəhudi əsirləri bir təzyiq otağına salaraq daxili orqanları parçalana qədər ölümcül təzyiqlər tətbiq edir.CİA-dən qorxunc təcrübə Fransanın cənubundakı bir kənddə yaşayanlar 60 il əvvəl bir gün anidən qarabasmalar görməyə başlayırlar. Bundan sonra bəziləri ruhi xəstəxanalara düşür, bəziləri isə həyatını itirir. Uzun illər sonra amerikalı bir jurnalistin apardığı araşdırma zamanı bu hadisənin arxasında dəhşətli bir təcrübənin durduğu öyrənilir. Jurnalist H.P. Albarelli CIA-nın kəndlilərin çörəyinə qarabasmaya və isterikaya yol açan LSD qatdığını müəyyən edir.  Jurnalistə görə, CIA-nın 1975-ci il tarixli Ağ Saray hesabatında bu hadisəyə istinad edilir.  Jurnalist hadisənin CIA-nın “ağıl nəzarəti” çərçivəsində apardığı bir təcrübə olduğu iddiasını ortaya atır. Albarelliye görə, bu təcrübə ABŞ ordusunun Xüsusi Əməliyyatlar Vahidi tərəfindən aparılıb. Fransanın cənubundakı Pont-Saint-espritte meydana gələn hadisədə kəndlilərdən biri ilanların onu yediyini düşündüyünü söyləyir. Sakinlər polislərə tez-tez əjdaha gördüklərini, onlara hücum etdiyini deyirmiş. Bir uşaq bıçaqla anasına hücum edir, digəri, “Mən təyyarəyəm” deyərək özünü ikinci mərtəbədən aşağı atır. Həkimə qaçan biri isə “Ürəyim çıxdı, nə olar yerinə taxın” deyə yalvarır. Küçələr ağlını itirən insanlarla dolu imiş. Həmin hadisədə 5 nəfər ölüb, 300 nəfər yaralanıb. 50 nəfər aylarla dəlixanaya salınıb. Mütəxəssislər bu hadisənin çörəyin içində narkotik təsiri göstərən bir yabani bitki olduğunu müəyyən edib. Fransa tarixində bu hadisəyə “Dəli Çörək” (Le Pain Maudit) adı verilib”.Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler