Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Seyran Ohanyanın atası Kelbecere xaş yemeye gelir –

05 Eylül 2016

5:48 pm


05/09/2016 [21:45]: xeber –
sayt – ın erməni KİV-nə istinadla verdiyi  xəbərdə işğal altındakı dilbər bölgəmizdəki ermənilər barədə maraqlı məlumatlar ortalığa çıxıb. Kəlbəcərdə bu gün əcnəbilərin də qonaq olduğu restoran fəaliyyət göstərir. Müdiri isə Ermənistanın Gümrü (keç. Leninakan) şəhərindən gəlmiş Karine Qabrielyandır. İngilis və rus dillərində sərbəst danışan Karinenin sözlərinə görə, son vaxtlar Kəlbəcərə nəinki Ermənistan və Qarabağdan, Rusiyadan, hətta İsveç və Çexiya kimi Avropa ölkələrindən də qonaqlar gəlir.  “DQR” “prezident”i Bako Saakyan da Karinenin qonağı olub. “Ermənistanın müdafiə naziri Seyran Ohanyanın atası isə əvvəlcədən zəng edir ki, Karine-can, sabah mənə Gümrü xaşı hazırla. Mən də məmnuniyyətlə hazırlayıram”, – deyə erməni aşpaz lovğalanır (Düzdü, ötən il bəzi saytlar Seyran Ohanyanın atasının azərbaycanlı olduğunu yazmışdı. Amma hər halda bunu da erməni saytları  yazır-S.L.). Karine xüsusi olaraq vurğulayır ki, mənim restoranımda heç bir yarımfabrikatdan-filandan istifadə edilmir, hər şey Qarabağın və Ermənistanın təbii məhsullarından, meyvə-tərəvəzindən, ət məhsullarından hazırlanır… Karine ağır atletika ilə məşğul olan qızını da Kəlbəcərə gətirmək fikrindədir. Deyir ki, qoy qızım Qarabağın gələcək müdafiəçilərinin sağlam bədənli böyüməsinə xidmət göstərsin. Karine söz verib ki, Kəlbəcərdə kilsə tikməmiş Ermənistana qayıdan deyil. Bunun üçün pul da toplayır…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler