Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Seyid adı altında insanlardan pul almaq haramdır”

12 Ağustos 2016

10:04 am


12/08/2016 [14:03]: xeber –
Az əvvəl Qazaxıtsanda məscidlərə bankomat nəzir qutularının qoyulması haqqında xəbər vermişdik. Bu mövzu sosial şəbəkələrdə də müzakirəyə çıxarılmışdı və əksər insanlar bunun ölkəmizdə də tətbiq olunmasını arzulamışdılar. Bəzi şəxslər isə ümumiyyətlə nəzir qutularının yığışdırılmasını təklif etmişdi.Nəzir qutularının ləğvini istəyənlərdən biri də millət vəkili Fazil Mustafadır. Millət vəkili mətbuata açıqlamasında diqqəti nəzir qutularının gəlir mənbəyinə çevrilməsinə yönəldib. Qeyd edib ki, insanlar nəzir verməklə sanki tanrıyla sövdələşməyə girirlər. Deputat onu da vurğulayıb ki, ümumiyyətlə ziyarətgahlar boş şeydir, ziyarətgahlar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir.İlahiyyat üzrə elmlər doktoru Əkrəm Həsənov da sayt -a açıqlamasında  məsələyə münasibət bildirib:“İslam dinində nəzir anlayışı haqqında açıqlama Peyğəmbərimiz tərəfindən verilib. Hədis elmi çərçivəsi əsasında səhih, doğruluğu təsdiq olunan bir hədisdə Allah Rəsulu buyurub ki, bir qulun nəzir verməsi onda olan heç nəyi dəyişməz. Ancaq paxılın əlindən malı çıxmış olar”. Alimlər bu hədisi açıqlayarkən bildirirlər ki, insan ancaq işi düşəndə, hansısa bir dünyalıq işinin düzəlməsi üçün nəzir verməməlidir. Müsəlmanların çoxu da ancaq müəyyən sıxıntılara düşəndə nəzir verirlər. Allah Rəsulu bildirib ki, belə nəzir verən paxıl insandır. Deməli onun müəyyən bir problemi çıxmasaydı nəzir verməyəcəkdi. Bu baxımdan islamda nəzir vermək anlayışı bu hədisə əsasən dəyişmişdir. Hətta Allah Rəsulu (ona və ailəsinə salam olsun) bildirib ki, bizim özümüzə və ailəmizə, gələcək nəsillərimizə nəzir düşmür. Həmçinin Peyğəmbərimiz öz övladlarına və imamlar öz övladlarına nəzir almağı, sədəqə almağı qadağan edib. Bildirib ki, biz ancaq hədiyyələri alırıq. Sədəqə və nəzir ancaq imkansız insanlara verilir. Bu gün bəzi özlərini “seyid”, peyğəmbər nəslindən olduğunu iddia edənlər də peyğəmbərin sözünə məhəl qoymadan insanlardan sədəqə və nəzir yığırlar. Xüsusi ilə yalançı seyidlər bu arada fürsətdən gen-bol istifadə edirlər. Əlbəttə belə seyid adı altında insanlardan pul almaq haramdır. Müasir dövrümüzdə insanlar, müsəlmanlar problemlə qarşılaşanda nəzir verirlər. Əslində onu nəzir kimi yox, Allahın razılığını qazanmaq üçün sədəqə kimi vermək olar. Peyğəmbərimiz sədəqə verməyi, sədəqələri artırmağı tövsiyə edib. Məscidlərə bağlı olan müsəlmanlar var ki, onlar gündəlik namazlara gəldikləri üçün bir-birlərini tanıyırlar. Ehtiyac sahibləri olanda öz aralarında pul yığılıb ehtiyacı olanlara verilir. Məscid axundu da bunu edir. Ancaq çox hallarda məscid axundu tam ehtiyacları qarşılaya bilmir. Məcbur olub xütbələrdə insanlara məscidin ehtiyacı olduğunu bildirir. Bəzən də insanlar axundun bu sözünə laqeyd yanaşırlar. Ancaq nəzir qutuları bu mənada yaxşıdır ki, kim istəsə müəyyən məbləği qutulara atır. Bunun bankomat kimi olması da eyni vəziyətdir. Sadəcə məscid axundu insaf sahibi, vicdanlı bir şəxs olmalıdır ki, həmin pulları mənimsəməsin, ehtiyacı olanlar arasında düzgün bölüşdürsün. Bu yaxınlarda da bəzi rayonlardan bir neçə axund mənə müraciət edib kömək istəmişdilər. Bildirdilər ki, çoxlu şəhid ailələri, imkansız insanlar var. Biz ət alıb onlara yardım edirik. Açığı mənim imkanım olsaydı onlara mütləq maddi dəstək durardım. Çünki, biz insanlar yalnız paylaşanda, özümüzdən kasıb insanlara kömək edəndə uğur qazana bilərik. Yardımlaşmaq, köməkləşmək bu günümüz üçün olduqca vacibdir. İslam dini də bizə bunu tövsiyə edir.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler