Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sexavet Memmedovun anası dünyasını deyişdi

15 Ağustos 2016

7:28 pm


15/08/2016 [23:24]: xeber –
Mərhum xanəndə Səxavət Məmmədovun anası Əskinaz Məmmədova bu gün – avqustun 15-də axşam saatlarında dünyasını dəyişib. Bu haqda Musavat.com-a Məmmədovlar ailəsinə yaxın şəxslər məlumat verib.  Artıq məlumat sosial şəbəkələrdə də yayılıb. Şair-publisist Qulu Ağsəs özünün Feysbuk hesabında belə bir status paylaşıb: “Səxavət Məmmədovdan veriliş çəkirdik, anası Əskinaz xala qayıtdı ki, ” balam ağaca çıxırdı – ağacda oxuyurdu, ata minirdi – atda, novata gedirdi – novatda…” Səxavət əcəl atına minib novatı pozdu. Anası onun ardınca illərcə süründü. Bir az olar çatdığı. Daha ayrılmayacaqlar…” Ə.Məmmədovanın bir müddətdir xətəlikdən əziyyət çəkdiyi deyilir. Mərhumə avqustun 16-da dəfn olunacaq. Yaxınlarının bildirdiyinə görə, cənazə Əskinaz Məmmədovanın oğlu, xanəndə Fehruz Səxavətin kənd Binəqədidəki evindən qaldırılacaq.  Allah rəhmət eləsin. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler