Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sevil Əliyevanın tarixi fotoları – Ad günü

12 Ekim 2016

7:32 am


12/10/2016 [11:30]: xeber –
Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Sevil Əliyevanln 61 yaşı tamam olub.Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.Bir qızı, iki oğlu var.Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.  S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.  Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.(Modern.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler