Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sevgi yataqdan sonra qadının saçından öpmekdi… – Fotolar

10 Ağustos 2016

12:00 pm


10/08/2016 [15:58]: xeber –
Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , şair Salam Sarvanın 50 illik yubileyidir.Salam Sarvan yubileyi ərəfəsində ən son yazdığı 10 şeir göndərib.Biz də həmin şeirləri oxuculara təqdim edərək istedadlı şairə yeni yaşında uğurlar arzulayırıq.YORULUB VURULDUN MƏNƏMən bilirəm necə oldu ki sən mənə vuruldun. Bilirəm bu sevgi deyil,sadəcə, sən ömründəki sevgilərdən yoruldun.Sənə heyran neçə gözdənbaxışlardan yoruldun. Sənə heç vaxt baxmayacaq bir adama vuruldun.Yorulub vuruldun mənə ki, bir az dincələsən Ömrünün bundan sonrasın sevgidən, qayğıdan uzaq sürüb, rahat öləsən.Səni sevməyəcəyimi bilib rahat olasan. Mən hey ağlatdıqca səni, gülüb rahat olasan.Bilirəm bu, sevgi deyil,bu, nifrətdi bəlkə də. Bilirsən bu, nifrət deyil, məhəbbətdi bəlkə də.Bilirsən ki, heç vaxt mənə çatmayacaq əllərin. Amma elə dincələcək bundan sonra ev süpürüb,qab yuyacaq əllərin.ZARAFATBəlkə bu gün getməyəsən, bircə gün də qalasan?! Söz verirəm, daha israr eləmərəm: sabah səni bu şəhərdə həmişəlik saxlaram…Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!Söz verirəm, daha israr eləmərəm: sabah özüm apararam səni şəhərinizə…Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?! Daha israr eləmərəm, and içirəm canına: sabah səni yola sallam dəmiryol vağzalından, üstündən üç gün ötməmiş durub gəlləm yanına…Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?! Söz verirəm daha israr eləmərəm, sabah səni ötürərəm dəmiryol vağzalına…Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!Daha israr eləmərəm, and içirəm adına: sabah qapımı açaram və deyərəm “yaxşı yol”, sabah səni buraxaram taleyin umuduna…AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM…Günəşin zirvələrdə unudub atdığıqar kimi tənha qalsam da…Bir az iş-güc qatır başı,bir az da yazı-pozu:sənsiz yaşaya bilirəm,narahat olma, “Qızım”.Amma yaşaya bilmirəm, bilmirəm.Bir az səndən zəhləm gedir,bir az da özümdən.Narahat olma, “Qızım” –sənsiz yaşamaq mümkünmüş deyəyavaş-yavaş düşürsən gözümdən.İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm…Narahat olma, “Qızım” –öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:o dünyadan bu dünyaya hər gün bir az köçürəm.Amma yaşaya bilmirəm, bilmirəm…Hərdən züm-zümə edirəm,hərdən də ulayıram…Narahat olma, “Qızım” –yavaş-yavaş sağalıram iflicdən,məsələn, artıq səni xatırlayanda başımı bulayıram.Amma yaşaya bilmirəm, bilmirəm…Narahat olma, “Qızım” –mən şəhərdə gəzəndəinsanlar bir adamlıq kənardan keçirlər,sanki yanımda yeriyirsən deyə.SEVGİ və ZAMANDüşünürəm bir təqvimə baxib ZAMAN barədə:dünən vardın, bu gün getdin, sabah gəlməyəcəksən.Yəqin, duyuq salmamaqçün məni öz varlığındanbundan sonra barmaqların ucunda gəzəcəksən.Bəlkə onda biləcəksənhansı ayrılıq üzündən səssiz yaşar balıqlar…Bəlkə onda biləcəksən SEVGİ yoxdu, ZAMAN var:Sevgi nədi – ləng öpüşlər, sürətli ayrılıqlar.Yəni sevgi deyildin sən, sən tarix idin axı:saatın neçəliyiydin sən axı bundan qabaq.Ta beş gün, beş il, beş əsr vaxtın ölçüsü deyil –niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaqSəni axtarmaq əbəsdi dünyadakı küçədə…Zamanın harasındasan – gündüzdəsən, gecədə?Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.Bilmirəm ömür başıdı, ya ölüm ayağıdı…Daha adamlar içində təklik deyil mənimki,əsrlərin içindəki heykəl tənhalığıdı.BAŞIMDA O QARADƏRİLİ QIZIN SEVDASIDünyanı dolaşmadan, yalnız öz küçəmizdə,öz şəhərimizdə gördüyümüz qızları sevdik.Bəlkə də mənim əsl sevgimMəsələn, uzaq Afrikadakı qaradərili qız idi.Mən o qızı düşündükcə indi ahıl yaşımda,utanıram evimdə öz həyat yoldaşımdan.Bəlkə o qaradərili qız da ovucunu yağışlara,üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –nədən uzaq saldın iki sevgilini?”Tanrı bir-biriyçün yaranmışların hamısınıbir-birindən uzaqda yaradıb əslində:əlimiz çatan qadın yarımız deyil,ayağımız çatan torpaq yerimiz deyil!Mən bu tənhalığı daha yaxşı anlayıramfikrimdə o qaradərili qızınuzun, qara barmaqlarını hördükcə.Gündüz Günəşi, gecə Ayıgöy üzündə qərib ada şəklində gördükcə…Öz zəncirimə hürdükcə.Mən bu tənhalığı daha yaxşı anlayıramo qaradərili qızı isladan yağışlarınsahilində gəzdiyim bu dənizin buxarındanyarandığını bildikcə.Darıxıram-içirəm, içirəm-darıxıram.Başımda o qaradərili qızın sevdası,içimdə mühacirət arzusu –neçə vaxtdı ki, başımı aşağı salbYerin fırlanmağına baxıram.GETMƏK LAZIMDI, ŞAİR(Aqşin Yeniseyə məktub)1.Kim idik?Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmişkirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.Öz oyuncaqlarımızı da özümüz düzəltdik – taxtadan tapança, məftildən araba…İndi kimik?Təkadamlıq xaraba!Çəkimiz gül çəkisidi, boyumuz kol boyu.Getmək lazımdı, şair:buranin adamları təkcə şəkil çəkdirəndədayanırlar qol-boyun.2.Həyatı hər gün yenidən başlamaq istəyimizihər səhər yuxudan gec ayılmaq öldürdü,mühacirat arzularımızı təyyarədə uçmaq qorxusu.İlk dəfə qız sevdiyimziayaqqabımzı ilk dəfə yumağdan bildik…Analarımızın südü qurumuş inəyiit kimi saxladığını uzaqdan bildik.Böyük dərdlərdən büdrəyəndəxırda sevinclər yıxılmağa qoymadı…Güzgüdəki əksimizin pəncərəyə baxdığını duymadıq.Getmək lazımdı, şair:Buranın adamları özlərini şəkilçilərə çevirdilər – “pinəçi”, “solçu”, “qalatasaraylı”, “nurçu”…Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.3.Amma hələ də bilmirik ki, sevgi nədi:yataqdan sonra qadının saçından öpməkdi,yoxsa, bir tikə çörəyi acından öpməkdi?4.“İşıq pulu” bildirişlərinin qapımıza qara kağızlar kimi gəldiyi bir zamanda sənə bir vəsiyyətim var…Bu azad dünyanın qurulmasındaqul əməyini də unutma…Hər gün darıxmaq öz yerində,gündə üç dəfə yeməyini də unutma…Unutma ki,buranın adamları adama etdikləriyaxşılığın qisasını mütləq alırlar…5.Getmək lazımdı, şair.Dostların hamısı öldü,bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı.SƏNİN ƏN YAXŞI KEÇMİŞİN OLACAMGecənin eyni vaxtında oyaq qalanların gözlərindəcürbəcür yuxusuzluq var indi.Mən bu sakit gecədə oturubuzaqdakılarım barədə düşünürəm.İndicə anladım ki, gün işığı yaxını,gecə qaranlığı uzağı görmək üçündü.Yanımızdakı sevgililər doğma gəlməz adama.Doğmalıq – keçmişindəkilərləbirgə xatirələrin olmağındadı.Üzümüzü üzünə söykədiyimizsevgilimizin çiyinləri üstündənayrıldığımız adamlara baxırıq əslində.İndi bildinmi, “Qızım”, niyə darıxırıq əslində?!Bir az da gözləsəydilər,tramvaylar kimi qayıdacaqdıqgöyə baxanda elektrik xəttimizi,yerə baxanda relsimizi görənlərin yanına.Təkcə and yerimiz dəyişmir, “Qızım”:canına and içdiklərimizin qəbrinə and içirik indi…And içirəm ki, mən sənin ən yaxşı keçmişin olacam…AND OLSUN ÇIXMIŞ CANINA…Baxtımızdan…analarimiz bizi 40 yaşımzdan sonra yetim qoyurlar –get-gedə uşaqlaşan vaxtımızda…Bunu sənə gələcəyə öncəgörən kimi,keçmişə görməmiş kimi baxan bu adam deyir.Darıxan bu adam deyir:sevgilimizin qolları arasında anamızın yada düşməyindən məlumdu uşaqlaşmağımız.Yalnız o, yalnız o rəhmətlik arvad bilərdibu dəhşətli sualın cavabını:Ki, hansı istiqamətə hərəkətdigetdikcə hər yerdən uzaqlaşmağımız?“Yekə kişi” kimi yaşamış internat uşaqlarındanam –bizim yanımızda ata-ana, bacı-qardaş olmayıb,onunçün də gözümüzdə heç zaman yaş olmayıb.İndi tez-tez kövrəlməyimin sirri elə budu ki,uşaq vaxtı yıxılanda ağlamadığım ağrılara mən indi ağlayıram.And olsun çıxmış canına…İndi tez-tez ölmək istəməyimin sirri elə budu ki,tez-tez incidilən uşaq kimi qaçmaq istəyirəm anamın yanına.Dizlərini qucaqlayıb demək istəyirəm:məni ruhdan salan bu ömrün, bu günün ağrıları deyil,məni tarix ruhdan salıb, ana.MAHNI MƏTNİÜrəyində bir rəqəm tutaltıdan altımışacan.Mən onu düşünüb tapımsəndən uzaqda qışacan.Qışda qar yağsa dizəcən,gələ bilməsəm sizəcən…Gözündə bir damcı yaş tutvə gözlə gələn yazacan.Yazda qəlbində həyacandoxsan gün qalmış toyacanəlində bir dəstə gül tut,soldurma gələn yayacan.Yayda payıza qalmasam,sən adda qıza qalmasam…Rəqəmi unut,göz yaşını ut,gülləri qurut…Qucağında bir körpə tut,böyüt onu yüz yaşacan.Gözün aydın olsun, “Qızım”,başacan olsun, başacan!YATAĞIMIZ ÇAY YATAĞIYenə sıxılır ürəyim,səninçün darıxıram.Gözümü dikib tavanasənə, sənə baxıram.Burda tənhayam, qorxuram,bilməm sığınım kimə.Bir kimsə yanıma gəlmir,hamı gəlir üstümə…Bəlkə orda həyatımdansən də çıxaçıxdasan.Yaxın gəl, bir görüm məndənnə qədər uzaqdasan.Amma axı bir yerdəyik,ağrı sənsən, dözən mən…Yatağımız çay yatağı –axan sənsən, üzən mən.YAŞAMAQ – GÜNƏŞİN ƏTRAFINA FIRLANMAQMIŞMən bilirəm niyə doğum-ölüm tarixləriyazılır mötərizədə…Amma qiyamətdə də bilinməyəcək ki,nə yazılmışdı Məmmədhəsən əmininHəzrət Abbasa göndərdiyi ərizədə.Mən bilirəm, qəfil zülmət çöksə,ən əvvəl özünü axtarar adam,sonra sevdiklərini, sonra günəşi…Amma qiyamətdə də bilinməyəcək ki,öz vətənində doğulmamağın ağrısıbir qadının bətnindən necə düşür.Avam bilməyəcək ki:ömür boyu evdən-işə, işdən evə gedib-gəldi,yaşamaqsa – günəşin ətrafına fırlanmaqmış.Adam bilməyəcək ki, qismətdə bir qaradərili qızlauzaqdan-uzağa baxışmaq da var imiş.Heç vaxt yanaşı yatmayacaqmışbir-birini yuxuda görənlər.Və “darıxıram” sözünü dilinəgətirəcək qədər qocalandan sonrauşaqlığına qayıtmaq istəyəcəksən –arzularının böyük vaxtlarına.Amma görəcəksən gecdi…Dünyadan evdən çıxan kimi çıxacaqsan –işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən: heç nəyi unutmadım ki,heç kimi unutmadım ki?!QARADƏRİLİ QIZA MƏKTUBUçmuş bir binanın altında qalmışam, “Qızım”,bir azdan tapacaqlar məni.Hələliksə boşam, doluyam:qəbiristanlıq kimi daşlıyam, saat kimi qumluyam, zirzəmi kimi suluyam.Bir azdan tapacaqlar məni…Həyatımıza o qədər adam yığdıq ki, indi onların əlindən tənhalığa çəkilmək də olmur.O qədər yadda qalmaq istədik ki, ilahi rahatlıq olan unudulmaq istəyi ömürlük gözümüzdə qaldı.Əlimizi üzdük özümüzdən, “Qızım”,adamların umuduna qaldıq.Qocalmışam:otağımda tavanın suvağı sökülüb, döşəmənin boyası tökülüb,divar kağızı siqaret tüstüsündən saralıb…Amma bu il göylərin rəngini, dənizlərin səsini, dağların örtüyünü dəyişmək istəyirəm.Sonrasa səni qonaq çağırmaq,sənnən bu yenilikdə görüşmək istəyirəm.Məndən xeyli uzaqda aramızda bir addımməsafə saxladığını da bilirəm.Telefonun bu başında ləzzətlə gülməyimə telefonun o başında ağladığını da bilirəm.Bu ayrılığın soyuq kimsəsizliyindəisinməkçün soba, baxmaqçün televizor, danışmaqçün pəncərə, qucmaqçün qapı:əşyaların umuduna qaldıq, “Qızım”,əşyaların umuduna qaldıq.Gözlərinin bir-birinə məhəbbətlə baxdığını,barmaqlarının bir-birinə ehtirasla sarıldığını, ayaqlarının bir-birinin üstündə məmnunluqla uzandığını görürəm. Yəni qəribədi dünyanın işi:hər bədənin simmetriyasında iki nəfər var –biri qadın, biri kişi.Nə isə, “Qızım”…Dünən bərk darıxırdım.bütün şəkillərimi tökmüşdüm qabağıma,o şəkillərdəki adamlara yox, fondakı ağaclara, binalara baxırdım…SALAM, AY “NATƏVAN”Danışıqlarımız havanın, baxışlarımız tavanın yaddaşındaykənindi məni düşündürürbir sərxoşun bir şüşəlik,bir ağacın bir meşəlik susması…Novruzda küsülülər barışarsa, barışsın.Amma belə də yaxşıydı axı:iki adamın bir-birinə qarşı həmişəlik susması.Salam, ay “Natəvan”.Gözlərimi qarnına dikibmışıl-mışıl susmaq istəyirəmbir körpə yuxusutək.Heç kim heç kimi eşitmir onsuz da,adamlar bir-birinə qulaq asırdinləmə qurğusutək.Bir gözünü qıyıb şəklimi çəkən fotoqraf dasanki qapının açar deşiyindən baxır mənə.Biri maşının yan güzgüsündən güdür,biri boynunun ardından baxır.Biri sırğasından qulaq asır mənə,biri saatından baxır…Hamı xalqın adından dinləyir,hamı xalqın adından baxır.Polis də izləyir, vətəndaş da,Bacı da izləyir, qardaş da.Bu kameraların arasındahəmişə gözü üstümdə olan bir qayğıkeş qadın da baxır.Gizlənirəm, gizlənirəm,yenə də izlənirəm…Əlli ildi çəkirəm bu zülümü…Mənim dərdim böyükdü, “Natəvan”:uşaq vaxtı əlimdən tutub itməyə qoymayanlarhələ də buraxmayıblar əlimi.Balam, ay “Natəvan”.Bu daşdan yonulmuş heykəlləri dəelə-belə qoymayıblar küçələrdə:onlar da məni güdməkçündüadamların evlərinə çəkildiyi gecələrdə.Oxucunun da izləyiciyə çevrildiyi bu zamandaAtmaq istərdim yazmağın da daşını.Kişi kimi gizlətmək istərdim ömrümü,necə ki qadınlar gizlədər yaşını…“Yazmaq” deməyimə baxma:əslində, heykəllərin önündəki əklillərin lentlərinə də, bağışladığımız suvenirlərin üstünə də, ölənlərimizin qəbir daşlarına da yazını başqasına yazdırdıq. Hətta “ana” kəlməsini də qolumuza başqası döydü.Özümüz nə yazdıq ki?!Mənim dərdim böyükdü, “Natəvan”:son nəfəsimdə heyifsələnəcəm:bütün ömrü göz qabağında yaşadıq –nə itdik ki, nə azdıq ki?!Sənə demişdim axı bu haqda:kağızda üstünü qələmlə qaralayıb pozduğumuz söz daha gözə görünməsə də, qaralama altında yenə də qalmaqda.Başını yelləmişdin onda:ki, “Nərgiz” üstündən “Natəvan” yazmaqla “Nərgiz” pozulmaz, sadəcə, görünməz olar. Və qara-qura düşər, çətin oxunar “Natəvan” da.Bu dünyada hər şey fitrətdə belədi:sevgi üstünə sevmək də, vətən üstünə mühacirət də belədi.SALAMLAR, BÖYÜK ADAMSalamlar, böyük adam.Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundanbaşını əyir adamlar, böyük adam…Nədi azadlıq? Nədi həyat? Nədi insan?Bu gün bütün suallara indiyədək verilmiş cavabları sildim.Və insanın özünü aldatmasına xeyli güldüm.Əslində, bu cavablar bizi rahatlamaqçünmüş…Məsələn, “sevgi nədi” kimi yaralı sualınbelə asan, belə ağrıkəsici cavabı ola bilməzdiki, guya sevgi iki nəfərin bir səmtə baxmasıdı.Əslində, həqiqət acı olmalıydı axı –“sevgi nədi” kimi yaralı sualın cavabıdaha ağrıdıcı olmalıydı axı.Əslində, yerlə göy qədərdiyaşadığın yerlərlə köçdüyün yerlərin fərqi…Əslində, itki ağrısının şiddətindən bəlli olar dəyərlərin fərqi.Məsələn, hansı daha əziz idi – at mı, ata mı?Yəni mümkün ki, bir manatın itkisi ata itkisindən çox yandırsın adamı…Görürsən, dostlar bir-bir çıxıb gedir səndən:donub gedir, buxarlanıb gedir, əriyib gedir.Udduğun havada, içdiyin suda, basdırıldığın torpaqdauçub gedir, üzüb gedir, yeriyib gedir.Gözünü gələcəyə dikmə,daha heç nə dəyişməyəcək dünyada.Təkcə təqvimin ili dəyişəcək.Dərdlər yenə həminki olacaq, dərmanlar yenə həminki,uzaqbaşı reseptlərin dili dəyişəcək.Bir də evindəki soyuducunun modeli dəyişəcək…Yəni özünü bu saxta ümidlərlə niyə üzürsən?Yəni sevin, əzizimki noolsun, hələ gələcəyin telefonunu gəzdirmirsən,gələcəyin günəşi altında ki gəzirsən.Salamlar, böyük adam.Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundanbaşını əyir adamlar, böyük adam…(qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler