Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sevefilik Sasaniliyi diriltmek idi” – İDDİA…

25 Eylül 2016
6:52 pm


25/09/2016 [22:48]: xeber –
Səfəvi tarixi və kimliyi ətrafındakı köhnə müzakirələr təkrar aktuallaşaraq gündəmimizin ilk sıralarında yer almaqdadır.  Böyük tarixçi Zeki Velidi Toqanın qurmuş olduğu İstanbul Universiteti Ümumi Türk Tarixi kafedrasında doktorluq işi müdafiə etmiş Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlunun da Səfəvi tarixiylə bağlı fikirlərini öyrəndik. Telman bəy əvvəlcə Səfəvi tarixi ətrafında gedən bu mübahisələrin tarixçi elmi baxımından faydalı çizgidə və doğru müstəvidə aparılıb aparılmadığına münasibət bildirdi. Müsahibəni sayt oxucularına təqdim edirik: – Əvvəlcə ordan başlayaq ki, bizim toplumda belə bir qənaət formalaşıb ki, tarix hər kəsin asanca bir şeylər söyləyə biləcəyi, Anadolu türklərinin ifadəsiylə desək, at çapa biləcəyi bir sahədir.  Xəstəliyimizi həkimə, mürəkkəb tənliklərin həllini  riyaziyyatçıya, qanunları hüquqçuya həvalə etdiyimiz kimi spesifik mütəxəssislik tələb edən tarixi mövzuları da illərlə arxivlərdə, kitabxanalarda toz udan tarixçilərə buraxsaq, bütün dartışma və müzakirələrdən sonra yekun qənaət olaraq onların dəyərləndirmələrinə etibar etsək, daha yaxşı olar, məncə. Ümumən onu da deyim ki, aydınların, bütövlükdə toplumun tarixi mövzulara həvəsli olması, araşdırması, fikir bildirməsi yaxşı haldır. Hələ bizim kimi iki yüzillik bir müstəmləkə həyatı yaşayan bir toplumda deyərdim ki, bu vacibdir. Çünki bizim tariximiz  milli və obyektiv bir yanaşma ilə  ümumtürk tarixi kontekstində yenidən yazılmalıdır. Biri var, coğrafiyanın tarixi, biri də var millətin tarixi. Azərbaycan tarixi müstəqilik dövrünə qədər əsasən uydurma tezislərlə, türk tarixindən qoparılmış ideoloji bir coğrafiya tarixi kimi işlənib. Bu uzun və geniş bir mövzudur. Burda üzərində çox durmaq istəmirəm. Bir də ki, biz tarix yazmalıyıq,  müstəmləkə alqısı ilə və yaxud  ideolojik təsirlər altında tarixi mifologiya yox. Müstəmləkə zehniyətindən arındırılmış, obeyktiv şəkildə yazılsa tariximiz qürur duya biləcəyimiz şanlı səhifələrlə doludur. Onu da xüsusi olaraq vurğulayaq ki, tarixi hadisələr mütləq o dövrün şərtləri, anlayışları daxilində təhlil edilməlidir.  Hadisələri, şəxsləri dövlətləri təhlil edərkən üsul xətasına düşməmək önəmlidir, bir dövrü, dövləti, hərəkatı təhlil edərkən… Tarixdə beş “T” deyilən formula o çox vacibdir. Tarama (araşdırma), Təsnif, Təhlil, Tənqid və bunların Tərkibi, yəni sintezləşdirilməsi. Tarix nəhəng bir sahədir. Hər dövrün, sahənin, mövzunun də öz mütəxəsisləri var. Mən də bu sahədə əsas sözü deyə biləcək bir orta əsrlər tarixçisi olmasam da oxuduqlarım, araşdırdıqlarım əsasında müzakirələr haqda ümumi qənaətimi bildirərək deyə bilərəm ki, müzakirələrdə çox faydalı tarixi təhlillər, yorumlar ortaya atılır. Ancaq  çox vaxt da  günümüzün ideoloji qəliblərinin fövqündə duraraq, tariximizə baxa, acı da olsa müəyyən tarixi həqiqətləri qəbul edə bilmirik. – Türk tarix yazıçılığında Səfəvilərin yeri nədir, Səfəviləri siyasi və etno-mədəni anlamda Səlcuqluların davamı saymaq olarmı?         – Səfəvilər  bu günkü Azərbaycan coğrafiyasının da daxil olduğu böyük bir coğrafi arealda hakimiyət qurmuş bir türk dövlətinin, intensiv dini və siyasi propaqanda nəticəsində mürəkkəb tarixi şərait və mədəni – siyasi konfiqurasiya içində, köklü mirasa sahib olan İran coğrafiyası kimi bir coğrafiyada şeyxlikdən şahlığa yürümüş bir hərəkatın adıdır. SASANİLƏRİN  YIXILMASINDAN 7 ƏSR SONRA SƏFƏVİLƏR TÜRK LİBASINDA İRANLI KİMLİYİNİ YENİDƏN DİRİLDƏRƏK COĞRAFİ VƏ SİYASİ OLARAQ  ONU KÖHNƏ SƏRHƏDLƏRİNƏ QOVUŞDURDULAR. Səfəvilər Səlcuqluların İran coğrafiyasındakı  Türk mirası üzərində hakimiyyət qursalar da dini – kültürəl anlamda Səlcuqluların davamı olmaqdan çox, X-XI əsrlərdə ortaya çıxıb on iki imam şiəliyini rəsmi məzhəbləri elan edən, Abbasi xəlifəsini  də öz təsirləri altında saxlayan  Büveyhilərin davamı oldular. Büveyhilər dönəmi ilk dəfə imamiyə şiəliyinin strukturlaşdığı bir dönəm olaraq qarşımıza çıxmaqdadır. Səfəvilərin də bayraqlaşdırdığı şiəliyin etiqadi qaynaqları, ayin və mərasimləri bu  dövrdə şəkillənmiş, dört təməl hədis kitabı bu dövrdə təlif edilmiş, şiəliyin ən böyük alimlərindən olan  Kuleyni də El-Kafi əsərini bu dövrdə yazmış, Qədir-xum bayramları, məhərrəmlik ayinləri, imam türbələrini ziyarət bu dövrdən başlamışdır. Etiraf etmək lazım ki, Səlcuqlulardan bu yana türkmən boylarının ənənvi bir çizgisi olan təsəvvüfi-sünnü çizgi əsasında  islamlaşma və türkləşmə dövrünü tamamlamaqda olan geniş və strateji bir arealda Səfəvi dövlətinin fəaliyyətləri  türklərin  məzhəbi və milli bütünlüyü  üzərində günümzə qədər təsirini hiss etdirən bir qırılma, bölünmə meydana gətirmişdir. İngiliz tarixçisi Toyunbe də “Tarix Üzərinə Çalışma” əsərində Səfəvilərin ortaya çıxışını  İran kimliyinin, şiəliyin yenidən dirilişi və islam tarixində bir sapma olaraq görür. Ancaq onu da ifadə etmək lazımdır ki, əksər tarixçilər  Səfəvilərin bir türk dövləti olduğu fikrində həmfikirdirlər. Unutmamaq lazımdır ki, dövrün ən böyük dövlətləri də elə türk dövlətləri idi. Kim var idi ətrafda? Orta Asiya sahəsində Özbək Şeybanilər, Anadoluda Osmanlılar. İkisi də ortodoksal islam inancını, yəni islam dünyasında əksəriyyətin bağlı olduğu sünni islamı təmsil edən Türk dövlətləri idi. İran coğrafiyasında, bugünkü Azərbaycan coğrafiyasında yaşayan Türklərin də mütləq əksəriyəti Səfəvilərə qədər ortodoksal sünnü müsəlmanlardan  ibarət idi. Büveyhilər şiə olsalar da, basqıcı bir məzhəb hakimiyəti qurmamışdılar. Ancaq Şah İsmayıl bu mənada Büveyhilərdən fərqli bir yol izləmiş oldu. Səfəvilər Büveyhilərdən sonra ilk dəfə on iki imam şiəliyini dövlətin rəsmi məzhəbi və ideologiyası halına gətirərək bu iki dövlətlə mübarizəsində önəmli bir ideoloji silah əldə etmiş oldu. Orta əsrlər islam dünyasında bir hegemoniya, hakimiyət qurma vasitəsi olaraq din ən ön plandadır, bilirsiniz. Ancaq məsələ burasındadır ki, Şah İsmayıl on iki imam şiəliyində belə olmayan  islamın tövhid inancına tərs düşən  şüubi və paqan anlayışlardan da Anadoludakı Osmanlı təsirini zəiflətmək üçün istifadə etmiş, bu da nəticədə türkmənlərin ənənəvi İslam anlayışının deqradasiyaya məruz qalmasına səbəb olmuş, ələvilik kimi cəryanlar ortaya çıxmışdır. Mən Nadir şaha türk tarixində çox irəligörüşlü birləşdirici bir lider və dövlət adamı kimi baxıram. Nadir şah da Osmanlı sultanı ilə yazışmasında Şah İsmayılın gətirdiyi  Gulat-şiə anlayışını ortadan qaldırdığını, Şah İsmayılın dini dəyərləri  təhrif etmək surəti ilə  iki müsəlman dövləti  bir-birinə düşürdüyünü bildirmişdir. Təssüf ki, Nadir şahın  məzhəblərin birləşdirilməsi yönündəki qiymətli təklifi də Osmanlı tərəfindən lazımınca qiymətləndirilməmişdir. Osmanlı – Səfəvi münasibətlərində digər bir məsələ isə iki dövlətin də eyni etnik baza uğrunda mübarizə aparmasıdır. Osmanlılar kimi, Səfəvi dövlətinin də əsas dayaqları, qurucu ünsürü  Dülqədir, Təkəli, Turqutlar, Afşar, Ustucalı kimi türkmən oymaqları olduğu üçün bu iki dövlət arasında mübarizə  bu yöndən  də qaçınılmaz olmuşdur. Yəni bir türk dövləti üçün təhdid yenə başqa bir türk dövlətindən gəlmişdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler