Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sevdiyim xanımla facebookda tanış olmuşduq” -“ANS”in aparıcısı

02 Eylül 2016

9:52 am


02/09/2016 [13:48]: xeber –
“ANS” televiziyasının tanınmış siması “Şəbəkə” verilişinin aparıcısı Rahil Sayadoğlunun müsahibəsini təqdim edirik: – Niyə Sayadoğlu?- Atamın adını soyad kimi seçməyimin xüsusi bir səbəbi yoxdur. Atamla dostam. Ən çətin, ən məxfi söhbətlərimi belə onunla bölüşmüşəm və həmişə çox dəqiq məsləhətlər almışam. O kişi mənim həm dostum, həm redaktor həmkarım, həm müdirim, həm də kumirimdir. Belə tərif kimi çıxmasın, unikal adamdır. Həm riyaziyyat sahəsini mükəmməl bilir, həm də ədəbiyyatı. Belə adamın adını əbədiləşdirmək borcumdur. – Səni kəşf edən “ANS”-dən ayrıldın, “Region tv”-yə keçdin. Qınanmadın ki? – “ANS TV” həqiqətən məni kəşf etdi. İlk dəfə baş redaktorumuz Samira xanım dedi ki, verilişi özün apara bilərsənmi? Dedim apararam. Hər şey də elə bundan başladı. Mənə efir tribunası ayırdığına görə “ANS”-ə həmişə minnətdar olacağam. ANS-dən ayrıldığıma görə isə qınaq olmadı. Niyə qınasınlar ki? Sadəcə iş yerimi dəyişmişəm. Bu” ANS”-ə xəyanət deyil. Çünki mən hələ “ANS” bağlanmamışdan öncə bu təklifi almışdım və ilkin razılıq vermişdim. – Aparıcılıq bir yana, həmçinin sosial şəbəkələrdə məşhur birisən. Qızlar seks barədə təklif edirmi?- Bu çox həssas mövzudu … Bu suala səmimi cavab versəm, camaat məni “topa tutar”. Olub. Amma mən ictimaiyyətdən, ictimailəşməkdən ehtiyat edən adamam. İctimai qınaq çox güclü təsirə malikdir. Bir də görürsən hansısa məşhur adam haqqında sosial şəbəkələrdə bir xəbər yayılır və insanlar öz şərhləriylə o məşhuru rəsmən “dar ağacı”ndan “asırlar”. Həmin adam isə özü barədə yazılanları oxuyur və vecinə də almır. Mən bu cür ola bilmərəm. Kütləvi təhqirlər məni sarsıdar. Utandığımdan profilimi bağlayaram. Ona görə də bu sual barədə ətraflı cavab vermək istəmirəm.- Aparıcı olaraq toylara dəvət alırsanmı? – İndiyə qədər belə dəvət olmayıb. Yalnız qohum əqrəbada bir-iki dəfə nişan mərasimində aparıcılıq etmişəm. – Rahilin qələminə güc verən nə və ya kimdir?- Yeganə güvəndiyim güc qələmimdir. Fiziki olaraq güclü deyiləm. 28 il ərzində cəmi 2 ya 3 dəfə əlbəyaxa davam ola ya olmaya. İradəm də o qədər güclü deyil. Hislərə tez qapılan adamam. Yeganə güclü tərəfim qələmimdir. Qələmimə güc verən isə hadisələr və bu hadisələrin qəhrəmanlarıdır. İstər şəxsi həyatımda, istərsə də ictimai formada baş verən haqsızlıqlar mənə daha çox yazmağa təkan verir. Amma hər zaman yaza bilirəmmi? Yaza bilmirəm. Bunu etiraf etmək isə çox ağırdır. – Deyirlər toy olacaq və bu insanla sosial şəbəkələrdə tanış olmusan …- Belə bir şey ola bilərdi, əgər ayrılıq olmasaydı. Bəli, sevdiyim xanımla facebookda tanış olmuşduq. O bir söz var e, “indiki sevgilər bir “like”, bir mesajla başlayır, “blok” etməklə, əngəlləməklə bitir”. Bizdə də belə oldu. Bircə mesjından tanımışdım onu və aşiq olmuşdum. Amma iş elə gətirdi ki, hər şey bitdi və yaxşı ki, bitdi. Evlənmək yaşım gəlib çatıb ama hələ ki, namizədim yoxdur. “Ağır” dərddir. (gülür-red)(big.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler