Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Seudiyye Ərebistanında 13 zevvar ölüb

03 Temmuz 2016

7:00 pm


03/07/2016 [22:58]: xeber –
İyulun 2-də axşam saatlarında Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobus qəzaya uğrayıb.Bu barədə Səudiyyə Ərəbistanının “Sabak” portalı məlumat yayıb.Zəvvarlar ümrədən, Məkkədə müqəddəs yerləri ziyarət etməkdən (kiçik həcc) qayıdırmış. Qəza Ər-Riyad və Et-Taif şəhərləri arasındakı magistralda baş verib. Qəza nəticəsində 13 nəfər ölüb, 36 nəfər xəsarət alıb.Səudiyyə polisinin ilkin ehtimalına görə, qəza avtobusun ön təkərinin partlaması nəticəsində baş verib.Ancaq “Sabak” portalının əldə etdiyi məlumata görə, Məkkədən geri qayıdan avtobusun sürücüsü avtobusu idarə etməyi gənc oğluna etibar edib. Gəncin idarə etdiyi avtobus bir neçə kilometr yol getdikdən sonra qəzaya uğrayıb.(apa)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler