Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sesli düşünceler…

03 Kasım 2016

5:40 am


03/11/2016 [09:39]: xeber –
Əsrlərlə ata babalarımız milli dövlət istəyi ilə bir ömür sürüb, bu ideya yolunda yüz minlərlə soydaşımız şəhid olub.  Fikir adamlarımız, mütəfəkkirlərimiz milli dövlətçilik  ruhunun qorunub saxlanılması, bu yolda səfərbərlik üçün qərinələrini  şam kimi əridiblər.   Və biz nəsil, milli azadlıq ideyası daşıyıcıları kücə və meydanlarda, iclas zallarında, qəzet, yurnal və kitab səhifələrində milli dövlətçiliyin vacibliyini,üstünlüklərini əsaslandırmaq üçün ömrümüzün 30 ilini vermişik… Bu gün artıq 25 ildir ki, milli dövlətimiz mövcuddur. Amma milli dövlət qurulmamışdan öncə milli dövlət haqqında təsəvvür, düşüncə və arzularımızla bu  günki gercəklər arasında çox ciddi fərqlər var və bu da milli dövlətçilik şüuru, düşüncəsi üçün ciddi problemlər yaradır.. Zənnimcə bu qədər ciddi fərqin yaranmasının səbəbləri elm adamları, institutlar tərəfindən araşdırılmalı və ən azı problemin yumşaldılmasının yolları tapılmalıdır.  Bu çox böyük və çoxsahəli bir məsələ olduğundan bir yazı ilə bunu tam əhatə etmək və birmənalı nəticələr əldə etmək mümkün olmasa  da, ən azı  müzakirələrin istiqamətləndirilməsi üçün öz fikirlərimi tezislər şəklində ortaya qoymağa çalışacağam.   İlk öncə qeyd edilməlidir ki, Azərbaycan ərazisində milli dövlət quruculuğu məsələsi, milli dövlət ideyası ayrı-ayrı ideoloqlar, siyasilər tərəfindən nəzəri və praktik cəhətdən yönləndirilsə də nə əvvəl nə də müasir dövrdə bu məsələ elmi şəkildə əsaslandırılmayıb. Azərbaycanda milli-dövlətçilik ideyasinin əsasları elmi şəkildə əsaslandırılması ilə məşğul olan institut yoxdur.  Milli Elmlər  Akademiyasının çoxsaylı institutları olsa da bu  elm mərkəzinin adında olan Milli anlamının mənası bu ölkədə hələ də birmənalı deyil və ölkədə bu anlayışın əhalinin  müxtəlif kateqoriyaları tərəfindən fərqli, mahiyyətcə bir-birinə uyğun olmayan şəkildə anlaşılır. Bu anomaliyanın ortadan götürülməsi, milli dövlətçilik üçün əhəmiyyət təşkil edən anlayışların birmənalılığı, millətin öz dövləti ilə bağlı istək və  arzularının sistemləşməsi, mill  dövlətin əsas problemlərinin modelləşməsi, ideoloyi və siyasi tezislərin milli ideyayaya uyarlılığının elmi cəhətdən araşdırılması üçün elmi bir instituta ehytiyac var.     2006-cı ildə  bir qrup hərbiçi, ekspert, politoloq, konfiliktoloq və  siyasətçinin iştirakı ilə “Dağlıq Qarabağ probleminin müddətli həlli-Antiterror əməliyyatı” adlı konsepsiyanı hazırladıq və Prezident Adminstrasiyasına təqdim etdik. Həmin konsepsiayda reallaşdırılması nəzərdə tutulan ilk adddım ya prezidentin yanında, ya   da Akademiyanın nəzdində ölkənin əsas problemi ilə bağlı Qarabağ institutunun yaranması idi. Təssüf ki, bu addım indi də atılmayıb. Ən ciddi problemə elmi, sistemli yanaşmamanın hansı fəsadlar verdiyi bu günlərdə ölkə başçısının “Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı mənə təzyiqlər edirlər” – açıqlaması ilə bir daha gündəmə gəldi. Problemə elmi yanaşımın olmaması problemin həllində Azərbaycan tərəfinin buraxdığı ən böyük səhvdir.   Hamıya bəllidir ki, indiki hakimiyyət Qqarabağ problemi ilə bağlı gerçək danışıqların mahiyyətini xalqdan daim gizlədib. Və heç bir əsası olmayan halda Azərbaycanın uğurlu, analoqu olmayan  xarici siyasəti  haqda həqiqətə uyğun olmayan bəyanatlar verilib. Dağlıq Qarabağ probleminin ATƏT çərçivəsində həllində vasitəçi olan hər üç superdövlət-ABŞ, Rusiya və Fransa ilə strateyi tərəfdaşlıq, əməkdaşlıq haqqında bəyanatlar, bu dövlətlərin Azərbaycanda maraqlarının ödənilməsindən sonra bəlli  olur ki, hər üç vasitəçi dövlət işğalçı ilə eyni səngərdədir və birmənalı olaraq onların tələbini müdafiə edir. Yadımıza salsaq ki, ATƏT-in Minsk qrupu yaradılanda BMT-nin qətnamələrində birmənalı şəkildə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu, ötən illər ərzində Azərbaycan diplomatiyasının hansı məğlubiyyətə uğradığını dərk eləmək olar. Bu cür acınacaqlı vəziyyətin yaranması birmənalı şəkildə mövcud iqtidarın apardığı səhv siyasətin nəticəsidir. Əvvala ona görə ki,  ilk gündən bu problem elmi şəkildə təhqiq olunmalı, problemin inkişaf dinamikası, bu problemin həllində resurslar, atılacaq addımlar, Azərbaycanın mövqeyinin qorunması, gücləndirilməsi elmi şəkildə əsaslandırılmalı və ona uyğun hərəkət ediməli idi və bu məsələ bu gün də aktualdır. İkincisi Azərbaycan hakimiyyəti problemin həllinə azərbaycan cəmiyyətinin bütün resurslarını cəlb etmək əvəzinə problemi azərbaycan cəmiyyətindən gizlədib və öz hakimiyyətini qorumaq naminə cəmiyyətin bu və digər problemlərin həllində təsirini demək olar ki, sıfıra endirib. Məhz buna görə də vasitəçilər problemin həllində güzəşt axtararkən təzyiqə  daha davamsız Azərbaycan tərəfinin geri şəkilməsini daha asan və mümkün sayırlar. Vasitəşilərdə belə bir təəssürat  yaranıb ki, Azərbaycan tərəf yalnız İlham Əliyevdən ibarətdir və o öz millətinin iradəsini nəzərə almadan  istənilən variantı imzalaya və zor yolu ilə ölkəsinə qəbul etdirə bilər.  Dalbadal saxta şeçkilər və ölkədəki polis reyimi, alternativ fikrin daşıyıcılarına qarşı repressiyalar da bunu düşünməyə əsas verir.   Qarşı tərəf Ermənistan isə öz müdafiəsini bir neçə eşalonda qurub və vasitəçilr hansısa fikri qəbul etdirmək üşün bu eşalonların hər birini keşməlidir. Ermənilər  öz mövqelərini müttəfilqəri- vasitəçi dövlətlərlə müdafiə edirlər, ondan başqa erməni diasporu və onların təsirində olan parlamentlər vasitəsilə, bundan başqa erməni cəmiyyətinin müqavimət gücü işə salınır, bu da işə yaramadıqda “biz tərəf deyilik, gedin qarabağ erməniləri ilə razılaşın” kimi manevr imkanlarına malikdir.  Demək olar ki, bu eşalonlar ötən 24 ildə daha da möhkəmlənib.   Azərbaycanın mövqelərini zəiflədən üçüncü əsas məqam Azərbaycanda antidemokratik mühitin olması, ədalətli seçkilər, azad mətbuatın, müstəqil məhkəmələrin olmamasıdır.  Bütün bu sadalananlar, azad cəmiyyətləin vazkeçilməz institutlarının olmaması Azərbaycanın mövqeyini ciddi şəkildə sarsıdır, həm ermənilərə, həm də onların havadar və müttəfiqlərinə həlledici üstünlüklər yaradır.    Bundan başqa beynəlxalq institutlarda Azərbaycanı təmsil edənlərin qohumluq, partiyalılıq və başqa bu kimi prinsiplərlə  müəyyənləşməsi də Azərbaycanın mövqeyini zəiflədir. Erməni diplomatlarının qarşısına heç bir diplomatik təfəkkürü, savadı, məsuliyyət hissi olmayanların çıxarılması da əvvəlcədən uğursuzluğu təmin edir.  Azərbaycan hakimiyyətinin Qarabağ problemi ilə bağlı yürütdüyü bu cür siyasət heş vaxt uğur qazana bilməz.  Digər sahələrdə də bu hakimiyyətin yürütdüyü siyasət bu cür bərbad gündədir. Azərbaycan xalqı öz problemlərini həll etmək üçün ilk  öncə normal hakimiyyət  problemini həll etməlidir.  Əhməd Oruc, Azadlıq Partiyasının sədri 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler