Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Serxoş geceye göre futbolçular maaşlarından mehrum oldular – Video

07 Temmuz 2016

5:24 pm


07/07/2016 [21:20]: xeber –
Rusiya yığmasının futbolçuları “Krasnodar” futbol klubunun yarım müdəfiəçisi Pavel Mamayev və “Zenit”in hücumçusu Aleksandr Kokorin gələn ay əmək haqqı almadan çalışacaqlar. Klubların rəhbərliyi hesab edir ki, futbolçular Monte-Karloda yerləşən gecə klubunda etdikləri hərəkətləri ilə komandalarının nüfuzuna xələl yetiriblər və 1 aylıq məvacibləri dəyərində cərimələniblər.Qeyri-rəsmi məlumatlara görə, Kokorinin Sankt-Peterburqun “Zenit” klubunda aylıq 290 min avro məvacib  alır. Eyni sanskiyalar Mamayevə qarşı da tətbiq olunacaq. Onun “Krasnodar” klubunda maaşı 130 min avro təşkil edir. Ötən gün rusiyalı futbolçular Kokorin və Mamayevin Monte-Karlonun məşhur “Tviqi” klubunda keçirdikləri gecənin qalmaqallı videosu yayılıb. Səs-küylü mərasim onların Avropa çempionatından çıxdıqlarından dərhal sonra keçirilib. Yayılan videogörüntülərdə futbolçular Rusiya dövlət himni sədaları altında şüşəsi 500 avro olan 500-dən çox şampan sifariş etdikləri və kalyan çəkdikləri görünür. Ümumilikdə bu gecə onla 250 min avroda çox vəsaitə başa gəlib. Lakin futbolçular klubda pul xərcləmədiklərini və sadəcə qonaq olduqlarını iddia ediblər. Artıq futbolçuların qalmaqallı hərəkətini Kremldən də şərh ediblər. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bunu “yaramazlıq” adlandırıb. ​Rusiya idman naziri Vitali Mutko isə bundan sonra Mamayev və Kokorinin milli qalma şanslarının az olduğunu bəyan edib. Bu Pavel Mamyev və Aleksandr Kokorinin ilk birgə tətilləri deyil. Bir neçə il əvvəl gənc futbolçular Mayamidə birgə istirahət ediblər.(ANS)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler